temizlik

Evlərdə təmizlik işi görənlərə güvənmək olarmı?

Baxış sayı: 2. 271

Təmizlik imandan gəlir deyiblər. Buna görə də hər birimiz evimizin, iş yerimizin təmiz olmasına çalışırıq. Amma bəzən müəyyən səbəblərdən təmizliyə elə də vaxt ayırmaq mümkün olmur. Belə olan halda köməyə əlavə qüvvələr yetişir.

Təmizlik işlərini yüngülləşdirmək üçün müxtəlif şirkətlər yaradılsa da, bu gün o şirkətlərin xidmətlərindən istifadə edənlər çox azdır. Səbəb isə qiymətlərin bahalığıdır. Məsələn, adi təmizlik 70 manat, “generalnaya uborka” isə 120-210 manat arasında dəyişir. Təbii ki, qiymətlər əşya sayından, otaq sayından asılı olaraq dəyişə bilir. Evə gələrək təmizlik işini görənlərin əməkhaqları isə olduqca münasibdir; sadə təmizlik 20 manat, dərin təmizlik 50 manat. Hər iki xidmət arasında olduqca böyük fərq olduğundan ailələr çox vaxt ikinci xidmətdən istifadə edir. Ancaq təəssüfedici haldır ki, bu gün əksər cinayətlərdə də elə evə daxil olan təmizlik işləri görənlərin əli olur.

Təmizlik şirkətlərindən birinin administratoru Ümid Zamanın sözlərinə görə, şirkət evlərə yolladığı təmizlik komandasının etibarlılığına tam zəmanət verir. “Təmizlik şirkətləri komanda halında çalışdığından iş bölgüsü olur və iş daha tez bitir. İkincisi, təmizlik xüsusi məhlullarla aparılır ki, bu da məkanın daha təmiz olmasına səbəb olur. Bundan əlavə, xidməti ev sahibi özü də seçə bilir. Təbii ki, toplu təmizlikdə qiymət endirimi olur. Xidmət içərisində ən ucuzu toz alınması 12 manat, ən bahası divan-kreslo dəstinin təmizlənməsi 61 manatdır”.

Ü.Zamanın bildirdiyinə görə, əsaslı təmizlikdə yüksək səviyyəli təmizliyə nail olmaq üçün xüsusi texnologiyalar, professional avadanlıq, xüsusi yuyucu kimyəvi vasitələr tələb olunur. Əsaslı təmizlik evlərin, kottejlərin, ofislərin, sənaye müəssisələrinin düzgün təmizlənməsidir. Mənzil və evlərin təmizlənməsi bilavasitə fiziki şəxslərə xidmət deməkdir. “Yaşayış sahələrinin əsaslı təmizliyinə otaqların, mətbəxin və sanitar qovşaqların təmizliyi daxildir. Ofislərin əsaslı təmizlənməsinə döşəmə, tavan, dəhliz, pilləkan, liftlər, sanitar qovşaqların və s. təmizliyi daxildir. Əsaslı təmizlik inşaat və təmir tikinti işlərindən sonra tövsiyə olunur. Bu zaman obyektin təmizlənməsi əhəmiyyətli nəticə verir”.

Evlərdə təmizlik işləri görən Zemfira Mahmudovanın sözlərinə görə, insanlar hər adamı evinə çağırıb təmizliyini, eləcə də canını etibar etmir. Dostun, tanışın, çevrən olmalıdır: “Adi təmizlik, yəni üzdən tör-töküntünü 30 manat, dərin təmizliyi isə 50 manata edirəm. Evini təmizlətdirənlərin əksəriyyəti müştərilərimin tanışlarıdır. Etibarlı, cəld, təmizkar olmaq vacibdir. Ləvazimatlara gəlincə, onları özüm də apara bilərəm, ev sahibi də verə bilər. Özüm aparanda qiymətdə 1-2 manat fərq olur”.

Temizlik

Tanımadığın evləri təmizləməyin çətin və məsuliyyətli olduğunu deyən Z.Mahmudovanın bildirdiyinə görə, təmizlik işləri aparanların əksəriyyəti pis niyyətli olur: “Təmizliyə gedənlərin heç də hamısı sırf çörək pulu qazanmaq istəyindən getmir. Aralarında ona güvənən ailədən nələrsə oğurlamaq fikri olanlar da olur. Elə buna görə də, ev sahibləri baha olsa da ya şirkətə təmizlətdirir, ya da tanış təmizlik işi görən tapmağa çalışır”.

Sosial şəbəkə üzərindən aparılan sorğu zamanı məlum olub ki, qadınların əksəriyyəti təmizlik şirkətlərinin işindən razı qalır. Qiymətlərin münasib olacağı təqdirdə şirkətdən kömək istəməyin yaxşı olduğunu düşünən qadınlar bu yolla təhlükədən də uzaq olduqlarını düşünürlər. Həm şirkətin, həm də təmizlik işi görən qadının köməyindən yararlanan şəhər sakini Səkinə Qasımova deyir ki, şirkətlə çalışmaq daha asandır. Sadəcə işini görən şirkət işçiləri hətta yemək yedikdə belə əlavə söhbətə yer vermir, üstəlik nəzarət etməyə belə ehtiyac olmur: “Şirkət işçiləri təlimat aldıqlarından, onlarla elə də yorulmuram. İşlərini bilirlər, nəyisə deməyə və ya göstərməyə ehtiyac qalmır. Təmizlik işi görən qadınlar isə lotereya kimi bir şeydir. Bəxtinə yaxşısı düşməlidir. Yoxsa söhbətlə bütün vaxtı öldürür, səni yola verər. Bu isə normal olaraq ev sahibini narahat edir. Qiymətlər münasib olarsa, şirkətlərdən kömək istəmək daha yaxşıdır”.

 

Günay Ramizqızı




1 şərh “Evlərdə təmizlik işi görənlərə güvənmək olarmı?

  1. SEVDA

    “ TƏMİZKOM “ MMC Azərbaycanın təmizlik sektorunda qabaqcıl şirkətlərdən biri olub, Biznes və Yaşayış kompleksləri, Ticarət Mərkəzləri, açıq və qapalı sahələrdə və digər böyük layihələrdə öz təmizlik və iaşə xidmətlərini təqdim etməkdədir. Biz öz müştərilərimizə yüksək keyfiyyətli təmizlik xidməti göstərməkdən qürur duyuruq.
    Sizə aşağidakı xidmətlərimizi təklif edirik:
    -Birdəfəlik təmizlik (kompleks) ; -Təmirdən sonra ümumi təmizlik ; -Vitrin şüşələrin ilkin (təmirdən sonra) və vaxtaşırı təmizlənməsi ; -Şüşə, alkopon,mərmər səthli fasadların yuyulub təmizlənməsi (25 metr hündürlüyə qədər) ; -Ağlay fasadların yuyulub təmizlənməsi ; -Seramik,mərmər və qranit səthli fasadların yuyulub təmizlənməsi (sadə) , kristalizasiya və cilalanması ; -Mərmər,granit yerlərin dərin qaşınması, cilalanması ; -Mərmər,qranit,keramika və s. səthli yerlərin,yuyulub,silinib təmizlənməsi (sadə) və cilalanması (xüsusi dərmanlar və təmizlik maşınları vasitəsi ilə) ; -Yumşaq mebelin təmizlənməsi, xalça,kovralit örtüklərin tozsoranla təmizlənməsi və yerində yuyulub qurudulması ; -Parket,laminat,taxta,linoleum və polimer döşəmələrin yuyulub cilalanması ; -Plastik qapı-pencərələrin üzərindəki qurumuş müdafiə lentinin,boya,sement qalıqlarının,yapışqan ləkələrinin xüsusi dərmanlarla təmizlənməsi ; -Sanitar qovşaqlarının,hamam-tualetlərin təmizlənməsi ; -Mətbəx avadanlıqlarının,yanmış yağların və soyuducu kameralarının təmizlənməsi ; -Yüksək mərtəbəli binalarda pilləkanların,metal,mərmər,taxta əl tutacaqlarının,sürahilərin təmizlənməsi ; -Çil-çıraqların təmizlənməsi ;

    XARİCİ (ÇÖL) MƏKANLARIN TƏMİZLİYİ

    -Həyətlərin,parkların,bağ-baxçaların təmizliyi,zibilin tullantısı ; -Düz səthli daş döşəmələrin təzyiqli su ilə və təmizlik maşınları vasitəsi ilə yuyulub təmizlənməsi ; -Dekorativ-qabarıq daşların yuyulub təmizlənməsi ; -Heykəllərin,abidə komplekslərinin,dekorativ lampa dirəklərinin,şüşəli pavilyonların,mərmər,qranit,ağlay səkilərin,divarların yuyulub təmizlənməsi; -Yeraltı keçidlərin,körpü komplekslərinin yuyulub təmizlənməsi ; -Dam örtüklərinin (metal,saxsı,kirəmit,şüşəli damlar) təzyiqli su ilə yuyulması ; -Zibilxanaların (xüsusi ayrılmış) və zibilliklərin təmizlənməsi,yerlərinin təzyiqli su ilə yuulması,zibilin tullantısının təşkili ; -Tüstü bacalarının təmizliyi ;

    HOVUZLARIN TƏMİZLİYİ

    Hovuzların təmirdən sonra,müntəzəm və mövsümi təmizliyi ;

    SƏNAYE TƏMİZLİYİ
    -Sənaye məkanlarının,sənaye qurğularının,iri anbarların,yaxtaların,gəmilərin,təyyarələrin,maşınların yuyulub təmizlənməsi ; -Polimer,epoksit,tökmə döşəmələrin,asfalt yerlərin yuyulması,təmizlənməsi;

    HƏMÇİNİN , ŞİRKƏTİMİZ PROFESSİONAL TƏMİZLİK İŞÇİLƏRİNİN (XADİMƏLƏRİN) TƏQDİM OLUNMASINI TƏMİN EDİR.

    QEYD: qiymətlərimiz işin həcminə,çirklənmə səviyyəsinə və yüksəkliyinə görə dəyişəndir. İşin dəqiq qiymətləndirilməsi şirkətdən göndərilmiş mütəxəssis tərəfindən tərtib edilmiş smeta əsasında razılaşdırılır!

    Biz etibarlə münasibətlərə əsaslanan daimi və uzun müddətli əməkdaşlıqda maraqlıyıq. Sizin etibarınızı qazanmaq və Sizə təmizlik sahəsində ən yaxşı xidmərti göstərmək imkanını yüksək dəyərləndiririk,çünki “TƏMİZKOM PROFESSİONAL TƏMİZLİK XİDMƏTLƏRİ “ şirkətindən Sizin məmnun qalmağınız bizim uğurumuzdur.

    Tel.: (+994 12) 409-49-09;
    (+994 50) 365-57-75 temizkom@mail.ru
    (+994 77) 365 57 75; facebook.com/temizkom
    (+994 77 ) 766 00 75

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir