Zumrud Haqverdiyeva

Gənc ailənin psixologiyası – “SEANS VAXTI”

Baxış sayı: 492

Gənc ailə – nigahı 5 ildən az olan ailə nəzərdə tutulur. Orta hesabla bu 23-30 yaş əhatə edir. Nigahın ilk 5 ilində cütlüklər bir-birinə uyğunlaşır, mənzilləri üçün avadanlıqlar alır, bəzilərində isə ya valideynləri ilə yada ki kirayədə yaşamalı olurlar.

Gənc ailələr öz mənzillərinə sahib olduqdan sonra özlərinin ailəsini möhkəmləndirir, uşağın doğulmasını planlayır və uşağın sayını müəyyənləşdirirlər. Körpə uşaqların doğulması gənc ailənin qayğılarını artırır. Uşağın doğulmasından asılı olmayaraq ilk 5 il məsuliyyətli bir dövrdür. Həyat sübut olur ki, gənc ailələr heç də hamısı sosial, psixoloji, iqtisadi baxımdan tam hazır olmurlar.

Gənc ailənin möhkəmlənməsində, adaptasiya dövrünün uğurlu keçməsinin, birgə vaxt keçirilməsi və istirahətin önəmli təsiri vardır. Həyatda yaxşı ana olmaq üçün ailəyə və evə bağlılıq mühüm amillərdən biridir.

Bəzi gənc qadınlar xəyal qurduğu bir çox şeylərə nail ola bilməyəcəyini düşünərək özlərini bədbəxt hesab edirlər. Bəzi qadınlar yalnız evdə oturmaq istəmir və işləmək qərarını alır. Lakin bəzən bu yoldaşının fikri ilə uyğun gəlmədiyi üçün narazılıqlar baş qaldırır. Onun üçün bunu ilk tanışlıq mərhələsində qarşı tərəfə bildirmək lazımdır.

Gənc ailənin həyatı bir neçə mərhələdən ibarətdir: Adaptasiya və inteqrasiya mərhələlərini aid etmək olar.

Adaptasiya mərhələsində- cütlüklər öz mövqelərini, zövqlərini və tələbatlarını könüllü şəkildə birləşdirməlidir.

Ailənin inteqrasiya mərhələsi – gənclərin ağıllı adaptasiyası olmadan qeyri-mümkündür.  Adaptasiya dedikdə isə, ər-arvadın bir-birinə onları birləşdirən dəyərlərin axtarışı nəzərdə tutulur  . Adaptasiya və inteqrasiya qarşılıqlı asılı olan və bir-birini tamamlayan mənəvi proseslərdir.

Psixoloqlar ən çox xoşbəxt və mehriban həyat sürən yaşlı və uşaq böyütmüş 5 cütlüyə anket paylanılıb və ər-arvadın sahib olmalı 8-10 keyfiyyətin adını qeyd etməkləri xahiş olunub. 5 cütlükdən 4-ü digər keyfiyyətlərlə yanaşı, səbr və güzəştə getmənim adını qeyd ediblər. Cütlüklər qarşılıqlı olaraq bir-birilərinin şəxsi ləyaqətinə aid dəyərləri hörmətlə yanaşmalıdırlar.

Ər-arvadın münasibətlərinin formalaşması mürəkkəb prosesdir.

Həmin mərhələləri- 1) Tərəfdaşın seçilməsi 2) Münasibətdə romantik fikirlərin davranışa keçid 3) Ər-arvad münasibətləri üslubunun formalaşması 4) Stabillik

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir