Gec yatmaq köklüyə səbəb olur

Baxış sayı: 1. 429

Bu günə qədər aparılan yüzlərlə araşdırmalar nəticəsində məlum olub ki, tez yatıb, tez oyananlar daha sağlam, xoşbəxt və sakit ömür sürürlər. Üstəlik, tez yatıb tez oyanan adamların kökəlmə kimi riskləri də azdır. Bütün bunlarla bərabər normal yuxu rejimi olanlar stress və depressiyadan da uzaq olurlar. Amerikadakı Kaliforniya və Kolumbiya Universitetinin alimlərinin gerçəkləşdirdikləri yeni bir araşdırmada məlum olub ki, yeniyetmələrin yuxu rejimləri ilə çəkiləri arasında birbaşa əlaqə vardır. Mütəxəssislərin sözlərinə görə, gənclərin ayaqda qaldıqları hər gecə üçün orqanizmlərində ciddi dəyişikliklər olur. Gecədən qalan yuxusuzluqlarını gündüz yataraq aradan qaldırmağa çalışsalar da, bu, orqanizmlərində müsbət dəyişiklik yaratmır. Bu da yeniyetmələrin çəkilərini nəzarətdə saxlamaları üçün normal yatmalarının önəmli olduğunu göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir