deri

Problemli dəriniz varsa, bunları edin

Baxış sayı: 1. 144

Qüsursuz dəri hər bir xanımın arzusudur. Bəzi xanımların problemli dəri ucbatından gözəl üzə sahib olmaları xülyaya çevrilir. Problemli dəriyə qulluq etmək, istənilən cövhəri çəkmək heç də asan deyil. Buna görə də problemli dərisi olanlar istifadə edəcəkləri vasitələrə diqqətlə yanaşmalıdırlar.

 deri

Həssas dərini bununla yuyun

Hərəsindən 1 çay qaşığı olmaqla nanə, çobanyastığı, dazıotu və cökə götürün, üzərinə 2 stəkan qaynar su töküb, 1 saat saxlayın. 1 çay qaşığı qliserin də əlavə edərək vaxtaşırı bu maye ilə üzünüzü yusanız dəriniz təravətli və gözəl görünəcək.

Yaxud 2 ovuc buğda dənini 1 litr suda 20 dəqiqə qaynadın. Həlimi süzüb, soyudun. Bu maye ilə hər gün üzünüzü yuyun. Bu həlim quru və həssas dəriyə müalicəvi təsir göstərməklə iltihabı aradan qaldırır.

deri - kofe
Təmizləyici lasyon

Bərabər miqdarda nanə, çobanyastığı çiçəyi, üvəz (quşarmudu) yarpağı və meyvələri, eyni zamanda yarım limon qabığını qarışdırıb, 3 stəkan qaynar suda dəmləyin, 30 dəqiqə zəif od üzərində saxladıqdan sonra soyumağa qoyun. 8-12 saat sonra həmin qarışığa 2 xörək qaşığı araq və eyni miqdarda qliserin əlavə edin. Hazır olmuş məhlulla üzünüzü təmizləyin. Bu losyonu yağlı, məsaməli, quru və solmuş üz dərisi üçün istifadə etmək məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir