usaq bezi

Uşaq bezindən düzgün istifadə etməməyin fəsadları

Baxış sayı: 726

Müasir dövrdə valideynlər uşağa gigiyenik qulluq məqsədilə uşaq bezindən geniş istifadə edirlər. Uşaq bezininin üstünlükləri olsa da müəyyən fəsadlara səbəb ola bilər.

Uşaq bezinin gec-gec dəyişdirilməsi və gigiyenik vannaların aparılmaması uşağın dərisində dermatitlərin (qızartı, qıcıqlanma, eroziyalar) əmələ gəlməsinə səbəb olur. Zədələnmiş səthdə bakteriyaların inkişafı infeksion yaraların (irinlə dolmuş qovuqcuqlar) əmələ gəlməsi ilə nəticələnir. Bundan başqa, uşaq bezinin uzun müddət dəyişdirilməməsi cinsiyyət üzvlərinin dərisinin qıcıqlanmasına, qaşınmalara və nəticədə masturbasiyanın inkişafına səbəb olur.

Uşaq bezinin oğlan uşaqlarında sonsuzluğa səbəb olması iddiası isə əsaslandırılmayıb. Uşaq bezinin cinsi orqanlar ətrafında temperaturun cəmi bir dərəcə artmasına səbəb olur ki, bu da reproduktiv funksiyaya heç bir təsir göstərmir. Uşaq bezinin ayaqların əyilməsinə səbəb olması fikri də səhvdir. Əksinə uşaq bezi bud-çanaq oynaqlarını kip saxlanmaqla mənfi təsir göstərən amillərə müqavimət yaradır.

usaq bezi

Bəs uşaq bezindən istifadə zamanı nəyə fikir vermək lazımdır:

1) Uşaq bezini hər 2-3 saatdan bir dəyişdirmək

2) Uşağın yanını gün ərzində (xüsusi ilə nəcis ifrazından sonra) bir necə dəfə yumaq

3) Uşaq bezini dəyişərkən dərisinin nəfəs alması üçün bir müddət fasilə vermək, uşağın bezsiz bir az iməkləməsinə imkan yaratmaq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir