Gözləri qorumağın yolları

Baxış sayı: 1. 387
Uşağınızın heç bir şikayəti olmasa da, 1 yaşında gözünü müayinə etdirin. Kompüter qarşısında oturmaq və ya sensorlu telefonlardan çox istifadə etmək gözlərdə kirpik dibi iltihabı, allergiya və quruluq yarada bilər. Həmçinin uzaqgörmə qüsuru yaranmasına rəvac verə bilər. Çünki kompüterə baxdığın zaman göz qapaqları örtülmür.
Gözdə sulanma, qaşınma, ağrı, oxuyarkən qapanma, yazıların bir-birinə qarışması, göz və baş ağrısı olması, başı əyri tutaraq oxuma, gözləri qıyaraq baxma göz xəstəliklərinin əlamətləridir. İş yerinizdə yumşaq sarı tonda işıqlandırmadan istifadə edin. Diabet xəstələri və idmançılar, mütəmadi olaraq göz diblərini müayinə etdirin. Başqasının kosmetikasından istifadə etməyin.
Göz qələmi və tuş kimi başqasının makiyaj vasitələrindən gözlərə bakteriyalar keçir. Başqasının göz yaşını silməyin. Silsəniz də əllərinizi sabunla təmiz yuyun. Gözünüzə dəyən  zərbə zamanı və ya gözünüzə bir cisim düşdüyü zaman gözünüzü qətiyyən ovmayın, bol su ilə yuyun.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir