hamile

Hamilə xanımınızı necə dəstəkləməli?

Baxış sayı: 893

Hər bir hamilə qadının qeyd etdiyi əsas bəndlərdən biri həyat yoldaşının dəstəyidir. Ancaq nəyi necə etmək və qadınına məhz nə lazım olduğunu bilmək təbiəti etibarilə hər bir kişiyə xas olan xüsusiyyət deyil.  Ancaq bu, qorxulu deyil və hər şeyi yoluna qoymaq olar. Bizim məsləhətlərimiz, heç olmazsa, həyat yoldaşlarına dəstək, kömək və diqqət anlayışlarını konkretləşdirməyə kömək edəcək.

 

Missiya 1: həyat yoldaşı – köməkçi

Hətta heç bir zaman xanımınıza ev işlərində kömək etməmisinizsə və ya bunu çox az-az hallarda etmisinizsə, sizi sevindirə bilərik,  bunu etməyinizin zamanı gəlib çatmışdır. Siz, bir həyat yoldaşı kimi, mütləq başa düşməlisiniz ki, indi xanımınızın evdə bəzi işləri yerinə yetirməsi məhdudlaşdırılmalıdır. Su ilə dolu ağır vedrə, pəncərələrin yuyulması, stula qalxaraq çilçıraq silmək, məişət kimyası ilə təmas minimuma endirilməlidir.  Əgər sizin iş qrafikiniz çox sıxdırsa və vaxt azlığı üzündən özünüz kömək edə bilmirsinizsə, onda elə edin ki, heç olmasa, həftədə bir dəfə xanımınıza köməkçi gəlsin.

Kişilər həmçinin onu da bilməlidirlər ki, xanımları bir müddət xörək bişirməkdə də çətinlik çəkə bilərlər, çünki  hamiləliyin ilk üç ayında onlar qoxulara həssas olurlar, onları ürəkbulanması narahat edir. Evdə turşuya qoyulmuş xiyar, turş alma və sitrus meyvələri saxlayın, bunlar xanımınıza lazı mola bilər. Həm də çox sevdiyiniz özünüz haqqında da əvvəlcədən fikirləşin, çünki məhz indi kolbasa kəsmək, sosislər bişirmək bacarığınız yerinə düşəcək.

 

Missiya 2. Səbirli həyat yoldaşı

İstənilən halda bətnində uşaq gəzdirmək xanımınızın orqanizmində müəyyən dəyişikliklərə səbəb olur, siz də bunları öz xanımını sevən həyat yoldaşı kimi bilməli və unutmamalısınız. Hormonal fonun dəyişməsi ilə hamilə qadının tez-tez əhvalı dəyişə bilər, onda küsəyənlik, tez-tez ağlamaq halları ola bilər, sizdən daha çox diqqət tələb edə bilər və hətta yersiz iradlar üçün bəhanələr tapa bilər. Nə etməli, bütün bu çətinliklərdən xanımınızla birlikdə keçməlisiniz və diqqətli həyat yoldaşı kimi, səbirli olmalısınız. Onun qəribə xahişlərinə və ya nədənsə sizin parfümə, duş gelinizə və s. irad tutmasına bir qədər güzəştli olmağa çalışın. Ancaq onu da demək lazımdır ki, belə hallar bütün qadınlarda olmur və bu əlamətləri dəhşətli bir qorxu ilə gözləməyə dəyməz.  Bundan əlavə, belə bir faktı da nəzərə alın ki, bu sadalananlardan hər hansı biri müşahidə edilsə də, uzun müddət davam etməyəcək.

Xanımınızın xahişlərinə diqqətli olun, onun xahiş etdiyini almağı unutmayın, təşəbbüs göstərin və xırda sürprizlər edin, onunla tez-tez gəzməyə çıxın, gün ərzində bir neçə dəfə ona zəng vurun, sağlamlıq durumu ilə maraqlanın. Bunlar hamısı ən azından onun əhvali-ruhiyyəsini qaldıracaq, siz isə hər ikiniz üçün həyəcanlı olan bu dövrdə onun uydurma iradlarından yaxa qurtarmış olacaqsınız.

 

Missiya 3: diqqətli həyat yoldaşı

Hər bir qadın üçün öz cazibədarlığını və seksuallığını hiss etmək önəmlidir, çünki hamiləlik dövründə zahiri görkəmindəki zəruri dəyişiklikləri çoxları ağrılı qarşılayır.  Dölün ana bətnində inkişafı və böyüməsi onun qarnının da böyüməsi, hətta çox zaman çəkisinin artması  ilə də müşayiət olunur. Çox zaman doğuşdan sonra qadının görkəmi bərpa olur, əvvəlki formalarına düşür, ancaq çoxları üçün bu dövr xeyli mürəkkəb olur. ərlə arvadın hər ikisi başa düşməlidir ki,  qadının bətnində uşaq gəzdirməsi anının özü gözəldir və təbiət özü bunu ona bəxş etmişdir.  Xanımınıza tez-tez onun ən gözəl və cazibədar olduğunu söyləyin, mütləq onu yeni paltarlar almağa həvəsləndirin, təşəbbüs göstərin və onunla birlikdə mağazaya gedin. Alının əşyalar uzun müddət işlənməsə də, son zamanlar hamiləliyin axırıncı həftələrində dəbdə olan birgə fotosessiyada yararlı ola bilər. Ancaq xanımınız çəkisinin artması və sonra çox çətinliklə əvvəlki görkəminin bərpa olacağı üçün narahatlıq keçirirsə, ona söz verin ki,  körpə doğulduqdan sonra hovuza və fitnes klubuna birgə getmək üçün özünüz şəxsən sertifikat alacaqsınız.

Unutmayın, o hər şeydə sizin dəstəyinizi, diqqət və qayğınızı hiss etməlidir, siz – gələcək ata bunun öhdəsindən artıqlaması ilə gəlməlisiniz!

Bir sözlə, bunların hamısını kiçik kişi missiyası hesab edə bilərsiniz, mükafatı isə tezliklə sizə bənzər bir balacanın dünyaya gəlməsi olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir