YEMEK

“Harda nə yeyək?” – ÇİLİ MƏTBƏXİ

Baxış sayı: 1. 170

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Çili mətbəxi haqqında danışacağıq.

Yerli əhali toyuq ətinə üstünlük verir. Burada daha çox müraciət olunan və sevilən yeməklərdən biri kasuela de ave şorbasıdır. Bu toyuq əti, ədviyyat, kartof  və düyüdən hazırlanır. Həmin yemək istənilən restoranın menyusuna daxildir. Xüsusilə də əyalətlərdə dadlı bişirilir. Əgər qarşınıza iri boşqabda cücənin yarısı, bir iki ədəd bütöv kartof və düyü gələrsə, bilin ki bu kasueladır. Mal əti, qızardılmış yumurta və kartofdan hazırlanan lomo alya pobrenin də dadına baxmağı unutmayın.

Image result for Empanadas

Milli kuranto şorbasının isə öz yeri var. Empanadas pirojkilərini isə mütləq yeməlisiniz. Onların içliyi ya mal əti, ya qaymaq, ya da balıqdan ibarət olur. Sevilən yeməklərdən biri də yodla zəngin olan dəniz kirpisinin şorbasıdır. Adları çəkilən yeməkləri qarğıdalı unundan bişirilən xumitas kökələri ilə yesəniz daha yaxşı olar. Çərəzdən sonra bir fincan qəhvə içilir. Çilililər qəlyənaltı etməyi də çox sevirlər. Onun tərkibinə salat, ətli şorba və ya empanadas daxildir. Bunun üçün sizə 2 dollar kifayət edər. Axşamlarsa adətən sendviç yeyilir.

Çilidə halal ət tapmaq çox çətindir. Halal ət olan yerlərdə isə bu ətlər donuz əti ilə eyni yerdə bişirildiyindən halal ət axtarışında olanlar üçün çətin vəziyyət yaranır.

Yerli əhali küçə yeməklərinə çox üstünlük verir. Həmin yeməklər arasında “sopapilla”, “empenada”, “completo” kimiləri ən popylyarları hesab olunur.

Çili mətbəxi şirniyyat baxımından çox kəsaddır. Hər hansı bir qonaqlıq zamanı sizə şirniyyat əvəzinə südlü aş və ya şaftalı təqdim olunarsa, buna təəccüblənməyin.

Çilinin milli içkisi “pisko”dur. Likörə limon suyu, sirop və yumurta ağı qatılaraq hazırlanan kokteyllə yanaşı, ” terremoto”nu da qeyd etmək olar. Tərkibində tam olaraq nə olduğu bilinməsə də, Fernet, Pipeno şərabı, sirop və ananaslı dondurma olduğu guman edilir.

 

Aydan Kərimli

 

 

Image result for ŞİLİ MUTFAĞI

Image result for ŞİLİ MUTFAĞI

pisko




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir