yemek

“Harda nə yeyək?” – VYETNAM MƏTBƏXİ

Baxış sayı: 340

“Gencaile.az”  saytının  “Harda nə yeyək?” rubrikasında növbəti dayanacağımız Vyetnamdır.

Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla fərqlənir. Nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşayır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir. Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri geniş yayılıb. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib.
Vyetnam mətbəxi öz müxtəlifliyinə görə çox fərqlənir. Deyilənə görə, 500-ə yaxın milli yemək nümunəsi var. Düyü nişastasından və meyvələrdən hazırlanmış şirin desertlər də burada çox populyardır. Bəzi yeməklərin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklərdən istifadə edilir. Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Vyetnamlılar özləri mətbəxlərini belə xarakterizə edirlər: «Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad». Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Şimal daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Cənubda ədviyyatlardan çox istifadə olunur.

Image result for Vyetnam mutfağı

 

Vyetnam mətbəxində istifadə olunan əsas inqrediyentlər

Düyü və düyü əriştəsi ilə yanaşı, çoxlu miqdarda tərəvəzlər Vyetnam mətbəxinin əsasını təşkil edir. Balıq və dəniz məhsulların, cürbəcür ətlərin və həmçinin bəzi həşəratların istifadəsi Vyetnam mətbəxinin zənginlik və rəngarəngliyini təmin edir.

Bu mətbəxdə istifadə olunan ədviyyatlar adidir, lakin qonşu Tay və ya Hind mətbəxlərində istifadə olunan ədviyyatlarla müqayisədə o qədər yandırıcı deyil. Vyetnam mətbəxində darçın və cirə kimi daha incə ədviyyat qarışıqlardan istifadə olunur.

 Image result for düyü mətbəx

Düyü bişirmə üsülu

Düyü Vyetnam mətbəxinin kralı hesab olunur. Düyünün bütün növləri müxtəlif bişirmə üsüllarını tələb edir. Düyünün daha yapışqan növləri bişirməzdən əvvəl suya qoyulmalı və tozdan azad olmalıdır, çünki məhz bu səbəbdən düyü yapışqan olur. Düyünün bəzi növləri bütün gecə islaqda qalmalıdır. Bişirilməzdən əvvəl düyünün üzərinə su əlavə olunur və qazan qapaq ilə örtülür. Əvvəlcə düyü güclü odda bişirilir, sonra isə vam odda dəmə qoyulur. Əgər  düyü bir az yansa belə, narahat olmağa dəyməz, çünki bəzi insanlar deyir ki, belə düyü ən dadlı olur.

 

Tərəvəzlər

Vyetnam iqlimi tərəvəzlərin yetişdirilməsi üçün mükəmməldir. Xüsusilə dağlıq ərazilərdə iqlim çox əlverişlidir.  Hər yerdə mövcud olan düyü tarlaları kahı, soğan və pomidor tarlaları növbələnir.

Tərəvəzlərdən hazırlanmış xörəklərin əksəriyyəti Buddizmə aid mədəni ənənələrin nəticəsidir. Buddizm Vyetnamlıların həyat tərzini və həmçinin pəhrizlərini müəyyən edir.

Təzə tərəvəzlərin bol bol istifadə olunması Vyetnam mətbəxini Çin mətbəxindən fərqləndirən xüsusiyyətlərdən biridir. Faydalı olduqları üçün çiy tərəvəzlər və göyərtilərdən çox istifadə olunur. Tərəvəzlər hər hansı bir yeməyin ayrılmaz hissəsidir. Onlardan qəlyanaltılar, ayrıca yeməklər və salatlar hazırlanır.

 

Vyetnam dənizindən balıq və dəniz məhsulları

Dənizin yaxınlığı Vyetnam mətbəxinə böyük təsir göstərir. Sahilboyu regionlarda  düyü ilə yanaşı, balıq və dəniz məhsulları gündəlik yemək rasionun vacib inqrediyentləri hesab olunur. Yerli sakinlər üçün balıq ovu əsas gəlir mənbəyidir. Bu səbəbdən burada balıq bazarların sayı olduqca çoxdur. Burada hava isti olduğuna görə Vyetnamlılar adətən balıq və dəniz məhsullarını diri diri satırlar. Restorana getsəniz, sizin üçün istədiyiniz balığı düz akvariumdan seçib yanınızda hazırlayacaqlar. Balıq olduqca təzə və eyni zamanda, ucuz olduğuna görə turistlər adətən çox baha hesab olunan yeməklərdən burada dada bilirlər. Avropada əlçatmaz qiymətə satılan yeməkləri Vyetnamda hər kəs dada bilər.

 Related image

 

Təbii və faydalı şirniyyatlar

Vyetnam süfrəsində ən populyar desert meyvədir. Burada bir çox meyvə növləri mövcuddur.  Biz tanıdığımız meyvələrdən başqa, burada sanki nağıldan gələn qeyri-adi meyvələr var: liçi, pitaya, ananas, pomelo, manqo, avocado, rumbutans, və daha nələr – bunların hamısını yerli satıcılardan əldə etmək olar. Vyetnamlılar meyvəni duz və istiyotla yeməyə sevirlər.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir