ayaqqabi

Heç vaxt dəbdən düşməyən 10 klassik ayaqqabı – FOTOLAR

Baxış sayı: 1. 793

Müasir dünyada ayaqqabılar kişilər üçün də, qadınlar üçün də yalnız geyim deyil, həm də qarderobun vacib elementidir. Hansı ki, onlar sahibi haqqında bir çox məlumat ötürür. Ayaqqabı modellərinin əksəriyyəti indi əsl sənət əsərləri adlandırılır, çünki dəbdə olan ayaqqabı modellərini öz işinin ustası olan peşəkarlar hazırlayır.

“Gencaile.az” modapərəstləri əfsanələmiş ayaqqabı modelləri ilə tanış edir.

 

1. “Christian Louboutin” – “Pigalle” modeli

Merilin Monro deyirdi: “Qadına bir cüt yaxşı ayaqqabı verin, onlarda o, bütün dünyanı fəth edə bilər!” Əgər dünyanı fəth etmək arzusundasınızsa, onda özünüzə bir cüt “Christian Loubout”-indən “Pigalle” modelini alın. Kristian Labutenin məşhur qırmızı altlıqlı tufliləri çoxdan dəb dünyasının klassikasına, eləcə də seksuallıq simvoluna çevrilib.

Fərqləndirici xüsusiyyəti: qayıq forması, iti burunu, 12 sm-lik dabanı. Məşhur ayaqqabı ustası və fransız dizayneri Kristian Labuten bu modeli 2004-ci ildə yaradıb və Parisin qırmızı işıqlarının şərəfinə onları Pilagiya adlandırıb.

 

2. “Roger Vivier” – “Piligrim” model

Roje Vivye ötən əsrin ortalarında “Christian Dior” moda evi üçün özəl ayaqqabı dizaynı yaratmaqla məşğul olurdu. Lakin dizayner əsl şöhrətini 1967-ci ildə qazanıb. Belə ki, həmin il Katrin Denyovun “Gündüz gözəli” filmində geyindiyi ayaqqabılar dizaynerə inanılmaz populyarlıq gətirib.

Fərqləndirici xüsusiyyəti: Bu filmdə Luis Bunyuelya Katrinin ayaqqabılarını iri planda göstərir: Laklı dəri, kiçik daban, böyük kvadrat şəkilli toqqa, düzbucaqlı burun. Yeri gəlmişkən, Katrin Denyov bu modeli bu günədək geyinir.

 

3. “Repetto”

Fəaliyyətə başladığı ilk illərdə yalnız peşəkar rəqqasələr üçün ayaqqabı istehsalı ilə məşğul “Repetto” fransız markasının ən məşhur balektaları 1947-ci ildə yaranıb. İlk baletka Bricit Bardonun xahişi ilə 1956-ci ildə hazırlanıb. Bricitin “Və tanrı qadını yaratdı” filmində geyindiyi baletkalar tezliklə məşhurlaşır. Onlar indi də bütün modapərəstlərin xoşuna gəlir, axı hansı qadın qamətli balerinalar kimi görünməyi arzulamır!

Fərqləndirici xüsusiyyəti: Qalın sapdan düzəldilmiş bantı.

 

4. İki rəngli “Chanel” tufliləri

İnqilabçı Koko Şanel bir çox yaradıcılıq ideyalarını kişi qarderobundan götürüb. Onlardan biri də ikirəngli tuflilərdir. Məhz bu tipli ayaqqabılar tipik kişi modelləri sayılırdı.

Fərqləndirici xüsusiyyəti: Qara burunlu bu model vizual olaraq ayağı balaca göstərir. Bu əfsanəvi model 1957-ci ildə çıxıb, amma onlar hələ də qadın zərifliyinin rəmzi olaraq qalıb.

 

5. “Salvatore Ferragamo” – “Vara” modeli

İtaliyalı ayaqqabı ustası əsl ixtiraçı idi. Məsələn, ayaqqabı içliyini məhz o icad edib. Bundan başqa, o, Merilin Monro üçün çox rahat tanketka ayaqqabı modelini yaradıb.

Image result for легендарных пар обуви

Lakin “Salvatore Ferragamo”-nun ən tanınmış modeli “Vara” modelidir. Bu model artıq 30 ildir ki, ən çox tələb olunan ayaqqabılar siyahısına daxildir. Klassik zinət və zərif üslub rəmzi salıyan tufliləri 1978-ci ildə dizaynerin böyük qızı hazırlayıb. Onlar hətta “dəmir ledi” – Marqaret Tetçerin də çox bəyəndiyi modeli olub.

Fərqləndirici xüsusiyyəti: alçaq dabanı və geniş bant.

 

6. “Miu Miu” – “Mary Jane” modeli

Image result for легендарных пар обуви

“Mary Jane” modeli uşaq qarderobuna aid olan nadir ayaqqabıdır ki, onu böyüklər də böyük məmnuniyyətlə istifadə edir.

Fərqləndirici xüsusiyyəti: Ötən əsrin 30-cı illərində dəyirmi burnu və balaca qayışlı, yastı dabanlı ayaqqabılar qadınlar arasında yüksəlir. Bir qədər sonra isə modelin dabanlı versiyası dəbə minir. Ayağın üstündəki nazik qayış ayağı bərk saxladığı üçün olduqca rahatdır.

60-cı illərdə onlar daha da populyarlaşdı: Onlar əsl Lolita tərzinə idi və filmdəki qəhrəmanın obrazına mükəmməl yaraşırdı. Uzun kirpikləri ilə dünyanı fəth edən model Tviqqi də bu “Mary Jane” modelinin pərəstişkarı olub.

Son illərdə dəbə minən zərli və parlaq modellərini modapərəstlər əsasən yeni il gecələrində geyinir. Bu modelin oxşarını “Christian Dior” və “Yves Saint Laurent” brendlər də istehsal edib. “Meri Jane”-nin yenilənmiş versiyasına “Manolo Blahnik” kolleksiyalarında da rast gəlmək olar.

 

7. “Jimmy Choo” – “Strappy sandals”

Shoes - Jimmy Choo

Dünya ulduzlarının çoxu qırmızı xalıda və dəvətlərdə gözəl görünmək üçün obrazını “Jimmy Choo” bredinin klassik bosonojkaları ilə tamamlayır.

 

8. “Tod’s” – “Gamino” mokasinləri

“Tod’s”un kejual üslubunda istehsal olunan mokasinləri əfsanəvi ayaqqabı modellər siyahısına daxildir.

Fərqləndirici xüsusiyyəti: Dabanı 133 tikanlı, kənarları iplərlə toxunmuş mokasinlər ilk dəfə 1970-ci ildə istehsal olunub. Onlar avtomobil idarə zamanı rahatlığı təmin etmək məqsədi ilə yaradılmışdı, lakin stil ikonası Odri Hepburun sayəsində mokasinlərin satışı bazarda rekord qırır və gündəlik stilin ayrılmaz hissəsinə çevrilir.

 

9. “Manolo Blahnik” – “Hangisi” modeli

Daha bir hit “Manolo Blhanik”-in alçaq dabanlı stilettolarıdır. Klassik stilettolar zərifliyi və rahatlığı sayəsində bütün modapərəstləri ovsunlayıb. Onlar öz populyarlığını “Böyük şəhərdə seks” filminin qəhrəmanı Sara Cessika Parkerə borcludur. Brend dəb ehtirasına tutulanlar üçün bu modelin müxtəlif modellərini istehsal edib. Kerri Bredşou isə“Hangisi”-nin adətən göy rəngini seçirdi.

Fərqləndirici xüsusiyyətləri: atlas parça və burnunda toqqa formasında qaşlı broş.

 

10. “Casadei”

Image result for casadei rred carpet

“Casadei” təkcə İtaliyanın deyil, moda dünyasında yarım əsrlik tarixi olan unikal və qlamur ayaqqabı brendi kimi tanınır. Qadınlar bu ayaqqabılarda çox möhtəşəm görünür. Ayaqqabı modelinin başlıca cəhəti yüngüllük və zəriflikdir. Ən önəmlisi isə bu ayaqqabıların zaman keçdikcə köhnəlməməsidir. Əl əməyi, eksklüziv materiallar və qeyri-adi dizaynı ilə “Casadei” dünya miqyaslı ən yaxşı ayaqqabı istehsalçıları sırasında liderlik edir. Marka öz müştərilərinin üslubunun qayğısına qalır. Ona görə də hər ayaqqabıdan həmişə yalnız məhdud sayda buraxır. Ayaqqabıların qiyməti 600 avrodan, 2000-3000 avroya qədər qalxır.

Fərqləndirici xüsusiyyəti: “Casadei”-nin fərqləndirici cəhəti ayaqqabının olduqca nazik və dəmir dabanlarıdır. Bundan başqa, çox nadir hallarda brendin mağazalarında yastıdaban ayaqqabı tapmaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir