Zumrud Haqverdiyeva

İdman etməyin müsbət psixoloji təsirləri – “SEANS VAXTI”

Baxış sayı: 539

1) İdman əhvalınızı yaxşılaşdırır, xoşbəxtlik hormonlarınızı artırır və rahatlıq hissini verir. Fiziki fəaliyyət də olmaqdan çəkinməyin. Məşq etmək və ya gəzintilər sizi daha xoşbəxt və rahat hiss etdirən, beynin kimyəvi maddələrini işə salır. Xüsusilə qrup şəklində olan idmanlar, mübarizə ediləsi  bir problemlə məşğul olmaq şansı verir. O, həm də əyləncə mühitlərində  yoldaşlarınızla əlaqə saxlamağa imkan verməklə sosiallaşmağa imkan yaradır.

2) İdman konsentrasiyanı artırır. Daimi fiziki fəaliyyət sizə əsas zehni bacarıqları saxlamağa kömək edir.  Əzələ gücləndirici fəaliyyətlər çox faydalıdır. Həftədə üç-beş dəfə ən azı 30 dəqiqə bu fəaliyyət növündə iştirak etmək psixi sağlamlıq üçün fayda verə bilər. Üstəlik, hərəkətlərin düzgün yerinə yetirilməsinə diqqət yetirmək, diqqətinizi daha da inkişaf etdirəcəkdir. Bu sayədə  həyatınızda daha rahat olacaqsınız.

3) İdman Stress və Depressiyanı azaldır. Fiziki aktiv olduğunuz zaman gündəlik stresslərdən uzaq olursunuz. Bu, diqqətinizi mənfi düşüncələrdən yayındırmağa kömək edəcək və daha yaxşı təəssürat yaradacaqsınız. İdman bədəninizdə stress hormonlarının səviyyəsini azaldır.

4) İdman yuxu rejimini normallaşdırır. İdman və digər fiziki fəaliyyət növləri yuxu keyfiyyətini yaxşılaşdırır. Bu, daha tez yuxuya getməyinizə və yuxunuzun dərinləşməsinə kömək edəcək. Daha yaxşı yatmaq səhəri  gün əhvalınızı daha yaxşı edəcəkdir. Sadəcə diqqətli olun ki, gün ərzində çox gec məşq etməyin. Yatmazdan bir neçə saat əvvəl edilən idman, yatağa enerjili girməyinizə səbəb olacaq. Günorta və səhər saatlarında edilən idmanın daha təsirli olduğu deyilir.

5) İdman etmək çəkinizi normada  saxlamanıza kömək olur.  Çəkinizi qorumaq üçün sağlam bir yol olaraq, qaçış, velosiped sürmə və çəki məşqləri kimi fərdi idman növləri yağ yandırmaq və ya əzələ kütləsini artırmaq üçün ən təsirli üsullardır.

6) İdman etmək  özgüvəninizi artırır.  İdmanla gələn müntəzəm məşq özünüzə inamınızı və artırır.  İdman edərkən gücünüzdən, bacarıqlarınızdan və dözümünüzdən istifadə etmək öz imicinizi artıracaq. İdmanla məşğul olmaq sizi sosiallaşdıracaq və insan münasibətlərinə müsbət təsiri olacaqdır. İdmanın faydaları arasında ən vacibi bu ola bilər. Çünki özünə inamı artmış insan özü ilə barışacaq və depressiya riski çox azdır.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzi psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir