tibbi yardim

İlkin tibbi yardım zamanı edilən kobud səhvlər

Baxış sayı: 524

İlkin tibbi yardımın düzgün göstərilməsi hadisə zamanı xəstənin həyatını xilas edə bilər. Amma düzgün edilməyən yardım da ölümə səbəb olur. Mütəxəssislər ilk yardım zamanı nələrin edilməməsi lazım olduğunu izah ediblər.

Həkimlərin dediyinə görə, ən çox görülən ilk yardım səhvləri epileptik tutma zamanı qıcolma keçirən şəxsin üzərinə su tökmək və ya ağzına qələm qoymaqdır.

Nevroloq Prof. Dr. Dilarə Füsun İçağasıoğlu epilepsiya tutması keçirən adama su verilməməsi lazım olduğuna diqqət çəkib: “Sakit olun, qıcolma keçirən adamın dilini dişləməməsi üçün ağzını əlinizlə və ya başqa bir əşya ilə açmağa çalışmayın. Ona su verməyin, üzərinə su tökməyin. Tutmalar adətən 2,5 dəqiqə ərzində bitir. Uzun sürən qıcolmalar zamanı mütləq 112-yə zəng edin və ən yaxın sağlamlıq mərkəzinə yaxınlaşmağa çalışın”.

KBB mütəxəssisi Əli Rəhimi isə burun qanaması zamanı edilən səhv haqda danışıb. O bildirib ki, bu zaman burunu salfet və ya baqa nə iləsə qapamağa ehtiyac yoxdur:

“Burun sümüyünün altındakı yumşaq nahiyəni ən azı 4 dəqiqə sıxmaqla burun qanamasını böyük ölçüdə dayandıra bilərsiniz. Burun qanaması zamanı buruna salfet və ya pambıq kimi əşyaların daxil edilməsi düzgün müdaxilə deyil. Burun daha çox travma ala bilər.

 

Roza




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir