sunnet

İnanc və reallıq: Sünnət yaxşıdır, yoxsa pis?

Baxış sayı: 495

Hər il dünyada 13,3 milyon kişi sünnət edilir. Qərb cəmiyyətlərində sünnət, adətən yeni doğulan dönəmdə həyata keçirilir. Digər cəmiyyətlərdə bu proses fərqli yaş dövründə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara görə, dünyada 15 yaş və böyük kişilərin 30 faizi sünnətlidir. Yaponiyada sünnətli olma faizi 0 faiz, İspaniyada 6,6 faiz, İngiltərədə 20,7 faiz, cənubi Afrikada 45 faiz, ABŞ 75 faiz, İsraildə 90 və Türkiyədə 98,6 faiz olaraq qeyd edilib.

İslam dinində və Quranda sünnət haqqında bəhs edilməsə belə, sünnətin savab olduğu iddia edilir. Bu səbəbdən də sünnət elmi termin deyil. Quranda sözü keçməyən ancaq Həzrət Məhəmmədin doğru hesab etdiyi və etdirilməsinin vacib olduğunu tənbeh etdiyi prosesin ümumi adıdır.

Sünnətin İslamda yeri olmadığını düşünən bəzi Müsəlman axınlar, Tin sürəsinin 2 ayəsindəki “Biz insanı ən gözəl şəkildə yaratdıq” əmrini göstərərək İslam adətlərindən sünnətin çıxarılmasının müdafiə edirlər.

Sünnətin ilk dəfə nə zaman edildiyi məlum deyil. Ancaq yazılı tarixdən öncə başladığı qəti fikirdir. Arxeoloji araşdırmalar, qədim Misirdə ibranilər və finikiyalılarda, hətta Amerika qitəsində qədim Azteklərdə sünnət edildiyini göstərir.

Sünnət təsvirləri Daş dövrünə aid mağara rəsimlərində və 6000 il öncə Qədim Misir dövrünə aid Ank Mahor məbədində divar relyefində də müşahidə edilir.

Miladdan əvvəl 4000-ci ildə Ti və vəziri Fahhotepin məzarlarındakı relyeflərdə sünnət üsullarının çəkildiyi və eyni illərdə Firoun II Ramsesin oğlunun sünnət edildiyinə dair sənədlər mövcuddur.

Bəs sünnətin cinsi həyata təsiri nədir? Həzzi azaldırmı, erkən boşalmaya səbəb olurmu?

Yəhudi din adamları sünnətin kişi və partnyorunun cinsi zövqünü azaltma məqsədi daşıdığını qeyd edir.

Məsələn, Miladdan əvvəl 20 – Miladdan sonra 54-cü illər arasında yaşayan Yəhudi ilahiyyatçı Filo, sünnətin ilk hədəfini belə açıqlayır: “Bütün zövqlər içində ən başda olanı cinsi hisslər olduğundan, cinsi birləşmə orqanını yaralamaq həm bu zövqü, həm də bunun qaynağı olan digər bütün zövqləri əngəlləyir”.

Fizioloji olaraq, ön dərinin kəsilməsinin nə kimi təsirləri ola bilər?

Hərəkətli və olduqca elastik bir quruluşa sahib olan penis ucu təbii sürüşgənləşdirici vəzifəni yerinə yetirir. Ön dəri çox zaman ereksiya zamanı gərilərək görünməz hala gəlir. Beləcə ereksiya olmuş və cütləşməyə hazır bir kişinin penis başı qoruyucu örtüyündən çıxır, buna gərək olmadığı zaman isə o örtük içində qorunur.

İngilis həkim Duqlas Qardnerə görə, penis ön dərisi yenidoğulmuşlarda belə funksiyasız deyil. Çünki bu qoruma olmadığı zaman penis başı islanmış pambığa və ya salfetə sürtüldüyü zaman zərər görə bilər.

Araşdırmalara görə, ön dəri cinsi birləşmənin ən önəmli mərhələlərindən biri olan ön sevişmə zamanı penisin başını qoruyaraq lubrikasiya (sürüşgənlik, vaginanın islanması) ehtiyacını azaldır.

Penis ön dərisinin çox sayda funksiyası var:

  • Oğlan uşaqlarının penis başını sidik və nəcisdən qoruyur.
  • Penis başını sürtünmədən və aşınmadan qoruyur.
  • Tərkibində olan yumşaldıcı yağlarla penis başını nəmli və yumşaq tutur.
  • Penis başını sürüşgənləşdirir və cinsi əlaqəni rahatlaşdırır.
  • Penis başını qoruyucu maddə ilə örtərək qoruyur.
  • Masturbasiya və ön sevişmə zamanı yardımçı olur.
  • Cinsi əlaqəni rahatlaşdırır.
  • Cütləşmə zamanı yaşanabiləcək sürtünmə və qızartını azaldır.
  • Cinsi həzzi artıran sinir uclarını özündə birləşdirərək həzzi artırır.
  • Qadın partnyorun sinir uclarını oyandırmağa yardımçı olaraq partnyora verilən həzzi artırır.

Sünnət zamanı penis ucunda sinirlərin və hüceyrələrin hamısı kəsildiyi üçün penis ucu dərisi sayəsində qazanılan bəzi cinsi üstünlüklər funksiyasnı itirir. Bununla yanaşı sünnətlə birlikdə cinsi funksiyalardan həzz alma səviyyəsində azalma və penis ucu dərisinin kəsilməsi nəticəsində cinsi funksiyanın pozulması da baş verə bilər. Zövq itirməsinin əsas səbəbinin penis ucu dərisinin nəmli selikli quruluşu ola biləcəyi düşünülür.

Ön dərinin penisin gövdəsinə bağlandığı yer frenulum adlanan nazik zolaqlı bir quruluşdur. 1998-ci ildə aparılan bir araşdırmaya görə ön dərinin kişilərin seksdən aldığı zövqü artırdığına dair heç bir sübut əldə edilməyib. 2015-ci ildə aparılan digər bir araşdırmada isə, ön dəridən əlavə, penis başının cinsi zövqlə əlaqəli olduğunu, xüsusilə, penis başındakı korona (tac) və frenular bölgələrin zövq ilə əlaqələndirildiyi göstərilib.

Bəzi mütəxəsislərə görə, sünnət yolu ilə penis ucunun itirilməsinin cinsi həzz üzərində heç bir mənfi təsiri yoxdur. 2013-cü ildə 1059 sünnətsiz və 310 sünnətli kişi ilə aparılan araşdırma nəticəsi olaraq kişi sünnətinin penis həssaslığını azaltdığı, ümumi cinsi tətmini azaltması ilə bağlı məqalə yayımlanıb. Bu araşdırma zamanı sünnətli kişilərin çox hissəsində penisdə narahatlıq və ağrı hiss edildiyi müəyyən edilib.

Türk uroloq Temuçin Şenkulun “Adult Urology” jurnalında yayımlanan məqaləsində isə sünnətli kişilərin sünnətsiz kişilərlə müqayisədə daha gec boşaldığı qeyd edilir. Şenkul araşdırmasına sünnət edilməmiş 42 kişini daxil edib. Onlardan çoxu sünnət edilmək istəyib. Kişilərin hamısı heteroseksual, cinsi aktivlik üçün heç bir dərman və ya cihazlardan istifadə etmədiyini qeyd edib.

Sünnətdən əvvəl həkimlər cinsi hiss, ereksiya, boşalma, problemlər və ümumi məmnuniyyət haqqında suallar verərək kişilərin cinsi performanslarını dəyərləndiriblər. Kişilərdən ən az 3 cinsi əlaqə zamanı hansı müddətdə boşaldıqlarını qeyd etmələri istənilib. Əməliyyatdan 12 həftə sonra kişilər cinsi həyatları ilə bağlı sualları yenidən cavablandırıb.

Sünnət olduqdan sonra boşalma müddətinin artdığı qeyd edilib. Şenkulun fikrincə, kişilərin sünnəti penisin həssaslığını azaldaraq boşalmanı gecikdirir.

Aparılan aradırmalar sünnətli kişilərin sünnətsizlərə görə, seks, masturbasiya və ümumi ereksiya zamanı daha çox ağrı hiss etdiyini göstərir. Bu ağrının qaynağı sünnət zamanı penisə dəyən zərəri səviyyəsi ilə əlaqəli ola bilər.

BJU International jurnalında yayımlanan bir araşdırmaya görə, sünnətli insanlarda sünnətsiz insanlarla müqayisədə penis yaralanması 33 faiz daha çox, ereksiya üçün laızm olan penis dərisinin olmaması şikayəti 27 faiz, eynilə olmayan dəri səbəbilə penis qatlanması 16 faiz, ereksiyadan sonra qanaxmanın 17 faiz daha çox olduğu müəyyən edilib.

ÜST-ün təsdiq etdiyi bir araşdırmaya görə, Afrikada sünnətli kişilərin sünnətsizlərlə müqayisədə 38-66 faiz daha az HİV-ə yoluxduğu qeyd edilir.

Digər araşdırmalara görə, heteroseksuallar arası HİV-ə yoluxmanı 53-60 faiz azaltdığı müəyəyn edilib. Bununla yanaşı, papilloma virusu və herpes virusuna yolxumanı azaltdığı da qeyd edilir. Sünnət belə cəmiyyətlərin kişiləri üçün tövsiyyə edilir. Müasir inkişaf etmiş ölkələrin ölkələri üçün nəzərdə tutulmur. Məhz xəstəliyə yoluxmamaq üçün sünnət olunmaq fikri irəli sürülmür.

Bir çox seksoloqlar penis ucu dərsinin qarmaşıq erotogenik bir quruluşda olduğunu və penisin cinsi əlaqə zamanı vaginaya girmə və masturbasiya kimi mexaniki funksiyalarında önəmli rol oynadığı fikri ilə razılaşır. Penis ucu dərisi tamamilə funksiyasız bir orqan deyil, amma bu hissəsnin olmamasının da bir zərəri yoxdur.

 

Tərcümə etdi: İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir