Zumrud Haqverdiyeva

Uşaq nə zaman sünnət edilməlidir? – “SEANS VAXTI”

Baxış sayı: 429

Yaşadığımız cəmiyyətdə sünnət oğlan uşağının böyüməsi  simvolu kimi də şərh olunur. Bu görə də  sünnət  toy formasına çevrilib. Psixoanalizin banisi Ziqmund Freyd sünnəti Edip kompleksi nəticəsində  kastrasiya qorxusu ilə əlaqələndirmişdir.

Bədənin bir hissəsi çıxarıldığı üçün sünnətin uşaqda psixoloji narahatlığa səbəb ola biləcəyi düşünülə bilər. Təbii ki, bu barədə ümumiləşdirmə aparmaq düzgün olmazdı. Uşağın bu mövzuda yaşayacaqları, yaşadığı mühitdə gördüyü yanaşmalara görə formalaşacaq. Zarafat kimi edilən təhdidlər, uşağa mənfi təsir göstərə bilər və uşaq cinsiyyət üzvünün kəsiləcəyini düşünərək ciddi problemlər yaşaya bilər. Gecikmiş sünnət də uşağa mənfi təsir göstərə bilər. Həmyaşıdları ilə müqayisədə özünü natamam hiss edə bilər ki, bu da onun narahatlığına səbəb ola bilər. Sünnətsiz yetkinlər isə cinsi fəaliyyət zamanı partnyorları tərəfindən sorğu-sual olunmaqdan əziyyət çəkəcəklər.

Sünnət üçün ən uyğun zamanın 2 yaşına qədər olan, uşağın hələ özünü dərk etməyə başlamadığı dövr olduğunu deyə bilərik. 2-5 yaş arası oğlan uşaqları psixoseksual inkişafın edip kompleksi mərhələsində olduqları üçün sünnətlə birlikdə kastrasiya qorxusu arta və ciddi psixoloji zərər verə bilər. Əslində bir çox uşaq sünnət toyunu və alacaqları hədiyyələri səbirsizliklə gözləyir. Gözdən qaçırılmaması lazım olan digər mühüm məsələ isə 6 yaşdan yuxarı uşaqların sünnətə qədər necə məlumatlandırılmasıdır. Müvafiq psixoloji hazırlıq təmin edilmədikcə, hətta böyük uşaqlar da öz yaşıdlarının şişirdilmiş hekayələrinə görə sünnəti travmatik cəhd kimi qəbul edə bilərlər.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir