yemeye ne var

Pərdəplov belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 456

“Gencaile.az” saytının “Yeməyə nə var? rubrikasında bu gün sizə pərdəplovun hazırlanma qaydasını təqdim edəcəyik.

 

Tərkibində nələr var?

1 kasa düyü

1,5 kasa toyuq bulyonu

1 kasa didilmiş toyuq əti

1 yuxa

2 x.q. kərə yağı

1 stəkan kişmiş

Duz, istiot

perde plov

Necə hazırlanır?

Düyünü isti duzlu suda ən azı bir saat saxlayın. Qazana 2 qaşıq kərə yağı qoyaraq əridin. Üstünə toyuq bulyonu və ya adi su əlavə edin. Su qaynayanda düyünü içinə atın. Aşağı odda düyünü bişirin. Digər tərəfdə dərin bir qazanı əridilmiş kərə yağı ilə yağlayın. Yuxaları kəsərək qazanın dibinə elə yerləşdirin ki, bir ucu qazandan kənarda qalsın. Plov bişəndə kişmiş və toyuq ətini də əlavə edib qarışdırın. Hamısını yuxadan hazırladığınız qəfəsin içinə boşaldın, kənarda qalan yuxa ilə üstünü örtün. Pərdəplovu tərs çevirərək soba listinə qoyun. 180 dərəcə qızdırılmış sobada yuxalar qızarana qədər saxlayın. Sobadan çıxarıb üstünə yarım kasa toyuq bulyonu əlavə edin ki, azca islansın.

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir