ilahe

İnsan psixologiyasında musiqinin nə kimi rolu var? – PSİXOLOQ YAZIR

Baxış sayı: 783

Musiqi sözu qədim yunan sözü olub (mousike) incəsənət deməkdir. Musiqi nədir sualına çox sayda təriflər vermək olar. Ən primitiv olaraq desek, musiqi, notların harmoniyası nəticəsində yaranan səslərin ritmik melodiyasıdır. Həm hərəkət, həm də hərəkətverici bir qüvvə kimi musiqi fenomeni duyğuların ifadə edildiyi sosial interaksiya vasitəsidir. Hər bir musiqi müəyyən bir duyğunun, hissin ifadəsidir. Musiqinin ifadə etdiyi duyğu hər bir insanda eyni dərəcədə dərk edilib eyni duyğunu yaradırmı? Başqa sözlə desək, şən və ya qəmli olaraq adlandırılan musiqilər onları dinlədikləri zaman hər insanda eyni təsirə malik olurmu? Bu sualların cavabını vermək üçün ilk öncə insan psixologiyasının individuallığını qeyd etmək lazımdır. Eyni bir hadisə qarşısında iki insanın verəcəyi reaksiya, o hadisənin interpretasiyası tamamilə fərqli ola bilər. Bu insanların spesifik xüsusiyyətlərindən və koqnitiv qabiliyyətlərinin fərqli səviyyələrdə olmasından qaynaqlanır. Dinlənilən bir musiqi bir insanda dərhal xoş xatirələrlə assoasiya olunub üzdə gülümsəmə nəticəsində hislərinin təzahürünə çevrilə biləcəyi halda, digər insanda keçmişi ilə bağlı xoşagəlməyən bir hadisəni xatirladaraq dərhal negativ bir mimik ifadənin yaranmasına səbəb olacaqdır. Bu da onu göstərir ki, hər bir musiqi müəyyən bir duyğu ilə yaradıla bilər, ancaq hər insanda yaradacağı duyğu insanın şəxsi psixoloji keyfiyyətlərindən asılıdır.  Hər bir insan düşündüyünü hiss edir və hiss etdiyini davranışlarında əks etdirir. Musiqi dinlədikdə yaranan hislər və duyğular əslində musiqinin onda xatırlatdığı hadisə ilə bağlı düşüncələrinin təzahürüdür. Bu fakta əsasən deyə bilərik ki, yaxşı və ya pis musiqilər yoxdur. Sadəcə olaraq o anda hansı hadisələrlə assoasiya olunmağından və insanların o hadisələrə yüklədikləri mənadan asılı olaraq həmin şəxsə əsasən musiqi” yaxsı” və ya” pis “olaraq kateqorizə edilə bilər.

İnsan beynində musiqiyə emosional cavabı verən hissə -duyğuların yarandığı və xatirələr halında yaddaşa dərk edilən  amigdaladır. Hər bir insanın musiqiyə emosional cavabı individual xarakter daşıyır. ”Şən musiqi” olaraq adlandırılan hər musiqinin insanda yatdiği emosional vəziyyət enerjik və ya depressiv xarakterli ola bilər. “Şən “və ya “Qəmli “musiqi anlayışı yarisina qədər dolu olan bardağın digər yarısının dolu və ya boş olmasının necə dərk edilməsi kimi xartakterizə edilə bilər.

Musiqilər həm  stimulator rolunu oynayaraq insanda spesifik duyğuların yaranmasına , həm də  xatırladıcı funksiyasi nəticəsində xatirələrin yenidən canlanmasına səbəb olur. Dinlənilən musiqinin növündən asılı olaraq insanın motivasiyası arta və ya azala bilər.Beləki, arxa fonda çalınan yüksək ritmli musiqilər insanın enerjisini yüksəldərək məsğul olduğu işdə perfonmasının artmasına səbəb olur.Daha çox motivator rolunu oynayır.

Ancaq klassik musiqilər də insanın koqnitiv funksiyalarının artmasında rol oynayır.  Uşaqlıqdan dinlənilən klassik musiqilər koqnitiv və motorik qabiliyyətlərin inkişafına müsbət təsir göstərir.

Musiqi insan beynin frontal lobunu aktivləşdirərək dopamin ifrazına və nəticədə məmnunluq halına səbəb olur.Musiqini beynin illeqal dərmanı adlandırmaq olar .

Musiqi insanın eyni zamanda eskapizm halıdır.Yəni, eskapizm halı dedikdə musiqi insanı mövcud gərçəklikdən uzaqlaşdiraraq öz xəyali dünyalarina səyahət etdirir. Bəzən insan gərgin bir işdən sonra və ya stresli bir hadisədən sonra musiqi dinləyərək relaksiya olur. Eskapizm zamanı insan reallığı, mövcud vəziyyəti inkar etmir sadəcə anlıq olaraq özünü bir axına buraxaraq fantaziyalar dünyasına qapılır. Bu insanın öz iradəsinə bağlı olaraq mümkün olur və eyni zamanda stres səviyyəsində azalma müşahidə edilir.  Stres səviyyəsinin azadilması və ya idarə edilməsində musiqinin rolu çox böyükdür. Eyni zamanda musiqi sedativ effektə malik olub bəzi psixoloji pozğunluqların, məsələn, depressiyanın, bipolar pozğunluqların müalicəsi zamanı istifadə edilə bilir. Meditasiya və klassik tipli  musiqilər daha çox sedativ effektə malik olur.

Musiqi eyni zamanda, kommunikator rolunu oynayan notların dilidir. Emosional və sosial komnukasiyanın qurulmasında ən effektiv üsul həm spesifik duyğuların ifadə edildiyi, həm də birbaşa ötürülə bildiyi notların adekvat düzülüşü olan-musiqidir.

 

Psixoloq İlahə Novruzova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir