Fazile Camalova

İntihar və onun səbəbləri – PSİXOLOQ YAZIR

Baxış sayı: 2. 311

İnsanlar müxtəlif səbəblərdən həyatlarına son qoymaq istəyirlər. İntihar, qarşısı alına bilən ölüm səbəbidir. Bu qərara səbəb olan amillər çox fərqlidir.

Ümumiyyətlə, bir neçə səbəb birlikdə bu addımı atmağa səbəb olur. Özünü öldürən insanların 90%-i depressiyadan əziyyət çəkir. Depressiya və digər psixi xəstəliklərlə yanaşı, mənfi həyat hadisələri də intihar riskini artırır. İntiharın fərdi olduğu kimi sosial yönü də var. İntiharlar mühüm sağlamlıq problemlərindən biridir. İntiharların tezliyi yaş qruplarına və cinsinə görə dəyişir. Xüsusilə gənclərdə çox mühüm problemdir.Araşdırmalara istinadən 15-24 yaş qrupunda ölüm səbəbləri hər hansı bir asılılıq və ya hisslərin qarşılıqsız olmasından irəli gəlir.Asılılıq 30 yaşdan aşağı  insanlarda depressiya kimi affektiv pozğunluqların ən çox yayılmış səbəbidir. İntihara səbəb olan mühüm həyat hadisələri 30 yaşına çatmamış boşanma, imtina, işdən çıxarılma-işsizlik və hüquqi problemlər; 30 yaşdan yuxarı olanlar fiziki xəstəliklər kimi müəyyən edilir.

İntihara aparan ən mühüm problem depressiyadır. Bu mövzuda aparılan müxtəlif araşdırmalarda intihar edənlərin 30-64 %-i depressiya, intihar nəticəsində ölənlərin isə 90%- də isə depressiya aşkar edilib. Depressiyadan əziyyət çəkən xəstələrin 15%-i intihar cəhdləri nəticəsində ölür. Araşdırmada intihar edərək ölənlərin 63%-nin kişi, 37%-nin isə qadın olduğu müəyyən edilib. Depressiyadan əziyyət çəkən kişilərdə intihar və intihar nəticəsində ölüm halları qadınlara nisbətən daha yüksəkdir.

İntihara tab gətirən və depressiya nəticəsində dünyasını dəyişən hallar arasında antidepresan dərman qəbul edənlərin nisbəti 3%-dir. Yəni bu xəstələrin əksəriyyəti həkimə müraciət etmir, müalicə almır.

İntihara səbəb olan digər psixiatrik problemlər bunlardır:

şizofreniya; İntihar hallarının 10%-də şizofreniya görülür

Alkoqol asılılığı

maddədən sui-istifadə

Şəxsiyyət pozğunluğu

panik pozğunluğu

Sosial əlaqələrin düzgün qurulmaması da əsasən intahara atılan önəmli səbəblərdən biridir.

Xərçəng, epilepsiya, ürək xəstəliyi,  QİÇS kimi ağır xəstəliklərdən əziyyət çəkən insanların intihar ehtimalı normal əhali ilə müqayisədə daha yüksəkdir.

Belə ki, intihar vacib sosial problemdir və vaxtında fərq edildiyi təqdirdə qarşısı alına bilən ölüm səbəbidir. İntiharın ən çox görülən səbəbi depressiyadır və düzgün diaqnoz qoyulub müalicə olunarsa intihar riski azalır. Bu baxımdan depressiyanın müalicəsi çox vacibdir. İntihara cəhd edən yaşlı xəstələrlə aparılan araşdırma göstərir ki, bu xəstələrin 70%-i intihara cəhd etməzdən əvvəl həkimə müraciət edib. Depressiya xəstələrinin əksəriyyəti müalicə almır və özbaşına xəstəliyə qalib gəlməyə çalışır. Kimisi qohum əqraba tövsiyə etdiyi dərmanı qəbul edir, kimisi aptekdən yuxu dərmanı alaraq öhdəsindən gəlir, kimisi isə heç bir dərman qəbul etmədən xəstəliyi idarə edir.Depressiyadan əziyyət çəkən xəstələri həkimə yönləndirmək, həkimə çatmasına kömək etmək ailənin, dostların, qohumların borcudur.

Eynilə, intihar mesajı göndərən insanları mütəxəssislərə yönləndirmək qohumların göstərə biləcəyi ən yaxşı köməkdir.  Uzun müddətdə bu insanlar köməyinizə görə sizə minnətdar olacaqlar. İntihar riskinə məhəl qoymamaq və bu barədə danışmağı düzgün  hesab etmək intihara cəhdin qarşısını almır.

İntihara cəhd edən və sağ qalan insanların qiymətləndirmə və müalicə planı üçün ən qısa müddətdə mütəxəssisə müraciət etmələri faydalı olardı.

 

Psixoloq, refleksoloq Fazilə Camalova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir