84929211_2744451888935501_7779464152891785216_n

Kanadada təqaüdlə təhsil imkanı

Baxış sayı: 952

Bir müddət öncə qeyd edildiyi kimi, Qərbi Kaspi Universiteti ilə Kanadanın Georgia College-i arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanmışdır. Qərbi Kaspi Universiteti Kanadanın Georgian College təhsil müəssisəsində, təhsillərini davam etdirmək istəyən Azərbaycan vətəndaşları üçün AÇIQ MÜSABIQƏ ELAN EDIR.

Müsabiqədə iştirak etmək istəyənlər Qərbi Kaspi Universitetinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Orta məktəbi, kolleci və ya ali məktəbi bitirməklə bağlı sənədin notarial qaydada təsdiq olunmuş tərcüməsi
Qeyd: Müsabiqədə 11-ci sinif şagirdlər də iştirak edə bilərlər (yuxarıda qeyd edilən sənədi orta məktəbi bitirdikdən sonra təqdim edə bilər).
2. IELTS 6 bal və ondan yuxarı (nəticə Listening, Speaking, Writing və Reading hissələri üzrə heç birindən 6 baldan aşağı olmamalıdır)

🔷Müsabiqədən uğurla keçən tələbələr tam təqaüd qazanmaq imkanı əldə edə bilərlər.

Təqaüd Kanada tərəfindən təqdim olunur və təqaüdün məbləği 2 il üçün 120.000 Kanada Dolları məbləğində nəzərdə tutulur. Təqaüd üçün tələbələr Kanada hökümətinə birbaşa müraciət edə bilməz, təqaüdə müraciət prosesi tələbənin qəbul olunduğu təhsil müəssisəsi (eləcə də Georgian College) tərəfindən həyata keçiriləcək.

📍Təqaüd iştirakçının təhsil, yaşayış və səfər xərclərini tam qarşılamağa imkan verəcək.

Müsabiqədə iştirak üçün sənədlərinizi Qərbi Kaspi Universitetinin əsas binasında (İstiqlaliyyət 31) yerləşən Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlisiniz.

Sənəd qəbulu həftənin şənbə-bazar günlərində də davam edəcək.
Sənədlərin təqdim olunması üçün son tarix: 9 fevral 2020

Əlavə məlumat üçün: 012 492 61 63 (daxili nömrə: 16)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir