VALIDEYN

Karantin zamanı uşağı necə məşgul etmək olar?

Baxış sayı: 185

Koranovirus pandemiyası bütün dünyada insanların həyat tərzini köklü sürətdə dəyişib. Milyardlarla insan virusdan qorunmaq üçün evlərində qalmalı olur. Distant iş rejimi, məktəb və bağçaların müvəqqəti bağlanması, yalnız zəruri hallarda küçəyə çıxmaq imkanı yaşlı əhali ilə yanaşı uşaqların da psixoloji durumuna mənfi təsir göstərə bilər. Bu halda uşaqların emosional vəziyyəti böyüklərdən asılı olduğu üçün ilk növbədə valideyinlərdən özlərini cilovlamaq, yaranan şəraitə uyğun pozitiv reaksiya vermək tələb edilir.

krntn

 

Övladlarımıza necə kömək etməli və dəstəkləməliyik?

1) İlk növbədə uşaqla danışıb ona uzun müddətli “tətil”in nə ilə əlaqədar olmasını izah edin. Övladınızın pandemiya ilə əlaqədar hər hansı bir qorxusu varsa, onu sakitləşdirmək üçün bildirmək lazımdır ki, viruslar daimi olaraq bizi əhatə edir, hər il epidemiyalar baş verir, lakin insanlar əksər hallarda heç bir fəsad olmadan sağalır və öz həyatlarını davam etdirirlər.

2) Virusdan qorunmaq üçün uşaqlarınıza gigiyena qaydalarına riayət etməyin vacibliyini izah edin.

3) Çalışın ki, uşağınızın gündəlik rejimi əvvəlki qaydada davam etsin, yəni eyni vaxt yuxudan oyanıb, eyni vaxtda yuxuya getsin, uzun müddət çarpayıda qalmasın. Bunlara əməl etmədikdə karantin başa çatdıqdan sonrakı dövrdə onların adaptiv imkanları pozula, gərginlik və stress baş verə bilər.

Ümumiyyətlə, məcburi evdə qalmaqdan səmərəli istifadə etməyi bacarın, bu müddəti uşaqlarınızla daha gözəl bir ünsiyyət qurmağa həsr edin. Bu münasibətlər onlara onların daha sevimli və əhəmiyyətli olmasını göstərəcək.

Uşaqla vaxt keçirmək üçün günün müxtəlif saatlarında müəyyən bir zaman ayırın. Onun nə qədər davam etməsi sizdən asılıdır. Bunu hər gün eyni vaxtda da edə bilərsiz ki, uşaqlar o zamanı səbirsizliklə gözləsinlər. Uşağınızdan nə ilə məşğul olmaq istədiyini soruşun çünki seçim etmək ixtiyarı uşaqlarda özünəinamı artırır.

valideyn

Körpələrlə məşğuliyyət:

– Onlara mahnı oxuyun, qazan, çəngəl, qaşıqlardan istifadə edərək musiqi ifa etməyə cəhd edin.

– Oyuncaqlardan istifadə edərək nağıl danışın, şəkillər göstərin.

– Kiçik rəngarəng toplar və ya şarlarla “atdı-tutdu” oyunu oynayın.

– Su proseduralı körpələrin fiziki aktivliyinə, sağlamlığına müsbət təsir göstərməklə yanaşı, onlar üçün həm də maraqlı məşğuliyyətə çevrilə bilər. Maraqlı olması üçün rəngbərəng plastik oyuncaqları da uşağın vannasına atmaq olar.

valideyn

Məktəbəqədər yaş dövründə olan uşaqlarlarla məşğuliyyət

– Kitab oxuyun, rəsm çəkin.

– Plastilin, konstruktor, pazzıllardan istifadə edin.

– Mahnı oxuyub rəqs edin.

– Hekayələr əsasında səhnəciklər təşkil edərək hər bir ailə üzvünə həmin səhnəcikdə yaşlarına və arzularına uyğun rol verin.

– Evin gündəlik işlərini (yemək hazırlamaq, ev yığışdırmaq) oyun şəklinə salaraq birgə yerinə yetirin.

– Stol üstü oyun, şəkilli domino, loto oynayın.

– Məntiqi təfəkkürü inkişaf etdirmək üçün uşağın yaşına uyğun test kitabçalarından istifadə edin.

– Nağıl oxuyub qurtardıqdan sonra qəhrəmanları təsvir edən abzasları yenidən oxuyaraq, uşaqlara həmin qəhrəmanın adını tapmağı təklif edin.

– Tapmacalardan istifadə edərək onların yaddaşlarını möhkəmləndirin. Diqqətlərini cəmləmək üçün düzgün cavablara görə uşaqları hədiyyələrlə mükafatlandırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir