facebook

KARYERA QURMAQDA “FACEBOOK” BİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏR?

Baxış sayı: 1. 968

Son zamanlar sosial şəbəkələrin inkişafı bu şəbəkələri informasiya mübadiləsi baxımından daha əlverişli bir vasitəyə çevirmişdir. Müxtəlif sosial şəbəkələr öz ətrafında kifayət qədər insanları cəmləyə bilmişdir. Bu şəbəkələr içərisində daha çox istifadə olunanı “Facebook”dur. Bu gün demək olar ki, internet istifadəçisi olan hər bir şəxsin “Facebook” sosial şəbəkəsində səhifəsi mövcuddur. Son zamanlar ölkəmizdə internetin inkişafı sosial şəbəkə istifadəçilərinin sayına da nəzərəçarpacaq şəkildə təsir göstərmişdir.

İnternet başqa sahələrdə olduğu kimi iş axtarışı baxımından da çox əlverişlidir. Sürətli və çevik axtarış saytları və ümumiyyətlə çoxsaylı internet saytlar vasitəsilə bu gün axtarış aparmaq xeyli dərəcədə asanlaşmışdır. Sosial şəbəkələr də iş axtarışı baxımından çox önəmlidir və bundan düzgün istifadə edə bilən şəxslər yeni iş yerləri tapa və öz karyeralarında uğur əldə edə bilərlər.“Facebook” bizə nə verir?

–        “Facebook” bir çox insanlarla eyni anda fikir mübadiləsi aparmaq, ünsiyyət qurmaq imkanları verir;

–        Siz öz şəbəkənizi genişləndirə bilərsiniz: yeni dostlar, tanışlar qazana bilərsiniz;

–        Özünüzün işgüzar imicinizi formalaşdıra bilərsiniz;

–        Müəyyən bilik və bacarıqlarınızı paylaşaraq özünüzü təsdiq edə bilərsiniz;

–        İşəgötürənlərlə birbaşa ünsiyyət qura bilərsiniz;

–        Firma, müəssisə və digər qurumların rəhbərləri və əməkdaşları ilə birbaşa əlaqə qura bilərsiniz;

–        Paylaşılan iş elanları haqqında vaxtında məlumat əldə edərsiniz;

–        Seçmiş olduğunuz peşə sahəsində çalışan insanlarla fikir mübadiləsi edə bilərsiniz;

 

Necə davranmalı?

–        İş axtardığınızı dostlarınıza paylaşın;

–        İş axtarışı agentliklərinin səhifələrinə qoşulun ki, vaxtında iş elanlarını görə biləsiniz;

–        Hər bir şirkət “Facebook”da öz səhifələrini açır və siz bu səhifələri tapıb qoşula bilərsiniz;

–        Peşənizlə bağlı qruplara qoşulun və əlavə bilgilər əldə edin;

–        Unutmayın ki, işəgötürənlər artıq namizədləri yoxlamaq üçün yalnız müsahibə və CV-dən deyil, həm də sosial şəbəkələrdəki səhifələrinizə nəzər yetirməklə də qərar verirlər. Ona görə də çalışın səhifənizdə iş xüsusiyyətlərinə yad fikirlər və imicinizə zərər gətirə biləcək şeyləri paylaşmayasınız;

 

Eyvaz Qocayevin

“Karyera bələdçisi” kitabından

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir