Kinoali kotlet

Kinoalı kotleti belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 215

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sağlam qidalanmanı üstün tutanların sevəcəyi bir yeməyin – kinoalı kotletin hazırlanmasından bəhs edəcəyik. Ən əsası da hazırlanması asan olan bu yemək pəhrizinizin bir parçasına çevriləcək.

 

Tərkibi

2 stəkan kinoa

1/2 stəkan çörək suxarisi

1 ədəd yumurta

2 x/q doğranmış yaşıl soğan

1 ədəd yerkökü

1 ç/q duz

1/2 ç/q qara istiot

1 ç/q qırmızı bibər

1 ç/q sarımsaq tozu

2 x/q doğranmış şüyüd

1 y/q doğranmış cəfəri

 

Kinoanı 15 dəqiqə suda qaynadıb süzün. Soyumasını gözləyin. Doğranmış bütün ərzaqlarınızı kinoa ilə bir qaba töküb qarışdırın. Daha sonra çörək suxarisini də buraya əlavə edib əlinizlə yoğurun. Əgər duru alınarsa, biraz da çörək suxarisi əlavə edə bilərsiniz. Daha sonra kotlet formasında hazırlayın və sobanın qabının içinə düzün. Əvvəlcədən 180C dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirin.

İstəyə uyğun olaraq bu kotletləri zeytun yağında da qızarda bilərsiniz.

Nuş olsun!

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir