qics

QİÇS virusundan necə qorunaq?

Baxış sayı: 822

“Ötən ay nikaha daxil olmaq üçün müayinədən keçən 46 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkarlanıb”. Bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. Ümumilikdə isə bu ilin 11 ayı ərzində 592 nəfərdə İİV-ə yoluxma faktı aşkar edilib. Bu barədə məlumat isə bir müddət bundan əvvəl Respublika QİÇS-lə Mübarizə Mərkəzi açıqlamışdı.

QİÇS-in yayılma səbəbləri əsasən hansılardır və daha çox hansı regionda yayılmaqdadır? QİÇS-lə Mübarizə Mərkəzi dəfələrlə açıqlamasında bildirib ki, Göstəricilər Şirvanda 52,9 faiz, Hacıqabulda 31,2 faiz, Astarada 26,4 faiz, Lənkəranda 20,9 faiz, Sumqayıtda 16,4 faiz, Yevlaxda 14,2 faiz, Mingəçevirdə 13,4 faiz, Xızıda 11,3 faiz, Göyçayda 10,8 faiz, Bakıda və Abşeron rayonunda 7,5 faizdir.  Beləliklə  İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23,6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75,7 faizi bölgələrdə yaşayır.

Lakin ötən ay QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli ile ilgili görsel sonucu

Çox təəssüf ki, İİV-ə yoluxan qadınlar da az deyil. Rəsmi məlumata görə, bu virusa yoluxmadan qeydiyyatda olan qadınların sayı 2073 nəfərdir. Virusun yayılma səbəblərinə gəldikdə isə bəzi ekspertlə bildirir ki, qonşu ölkələr, o cümlədən Rusiya, Gürcüstanda bu virusun sürətlə yayılması ucbatından həmin ölkələrə səfər edən şəxslər vasitəsi ilə virusa yoluxanların sayı artmaqdadır. Məsələn, hazırda 1 milyon QİÇS virusu daşıyıcısı olan Rusiyaya il ərzində çoxlu sayda azərbaycanlı gedib-gəlir ki, bu da virusun yayılma riskini xeyli artırır. Həmçinin qonşu Gürcüstanda da son illərdə bu virusun aşkarlanma statistikasında böyük artım var. Rəsmi məlumata görə, təkcə paytaxt Tiflisdə 2842 nəfər bu virusun daşıyıcısıdır.

Lakin ötən ay QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli bununla bağlı ilginc açıqlamalar vermişdi: “Virusun qonşu ölkələrdən bizə daşınmasına gəlincə, bildirim ki, Gürcüstanda da artım yoxdur, sadəcə, aşkarlanma çoxalıb. Şərqi Avropa regionunda isə həm aşkarlanma, həm də artım var. Ona görə ki, əvvəllər müayinələr bu qədər aparılmırdı, hansı ki, indi qan testləri ilə 15-20  dəqiqə ərzində virusu aşkarlamaq olur. Azərbaycanda son zamanlar homoseksualların artması müşahidə olunur, hansı ki, virusu daha çox onlar yayır. Həmin homoseksuallar isə Türkiyəyə gedib-gələnlərdir”.

Tanımış həkim Seyfəddin Əsəd ile ilgili görsel sonucu

Tanımış həkim Seyfəddin Əsəd qeyd etdi ki, virusun daha geniş yayılmasının qarşısını almaq üçün mətbuatda, media orqanlarında təbliğat tədbirlərinə böyük ehtiyac var: “Məlum olduğu kimi son illərdə turizm inkişaf etməkdədir. Nəticədə ölkəyə gediş-gəliş çox olur və virusun ayılma ehtimalı daha da artır. Bir ay ərzində nikah üçün müraciət edənlərin arasında 9 nəfərdə QİÇS-in tapılması mütəxəssislər üçün böyük rəqəm hesab olunmasa da, düşünürəm ki, reallıqda bu rəqəm daha çoxdur. Çünki hamı rəsmi nikahdan keçmir. Bu gün həyəcan siqnalı çalmaq üçün mətbuat vasitələrində, televiziyalarda geniş proqramlar təşkil edilməli, insanları maarifləndirmək lazımdır. Belə olmasa, virus daha geniş yayılar.  Hazırda daha çox gənclər arasında bu virus yayılmaqdadır. Əgər təbliğat sayəsində gənclər anlasalar ki, bu virusdan qorunmalıdırlar, yoxsa sağlamlıqlarını itirəcəklər, o zaman özlərini bu xəstəlikdə qoruya bilərlər”.

Məlumat üçün bildirək ki, QİÇS xəstəliyinin nozologiya cəhətdən adı əslində HİV infeksiyasıdır – yəni Human İmmunodeficiency Virus – İnsan İmmunçatışmazlıq Virusu. QİÇS isə bu infeksiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu xəstəliyin adlandırılmasında bu termindən istifadə olunur. Məlumata görə, xəstəlik ötən əsrin 50-ci illərində Mərkəzi Afrikada başlayıb və yeni mutant virus yerli əhaliyə meymunlardan keçib. Afrikadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılıb. ABŞ-da bu xəstəlik ilk dəfə 1981-ci ildə homoseksuallar arasında aşkar edilib.

Lakin ötən ay QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli ile ilgili görsel sonucu

Ölkəmizdə bu xəstəlik ilk dəfə 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2019-cu ilin ilk 6 ayına qədər mərkəzdə 6502 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin sayı isə 1076 nəfər olub. Azərbaycanda ilk dəfə olaraq 2006-cı ildən etibarən bu xəstəliyə yoluxmuş insanlar pulsuz qaydada müalicə ala bilir. Müalicə isə çox bahalıdır və dəyəri təxminən aylıq 1000-1200 dollar arasında dəyişməkdədir. Bir çox ölkələr, xüsusən də Avropa ölkələri bu müalicəni dövlət hesabına və ya icbari sığorta hesabına aparır. 2006-cı ildən əvvəl isə bu cür şərait olmadığından virusa yoluxmuş şəxslərdə immunitet sıfıra düşürdü və şəxs dünyasını dəyişirdi. Amma indi preparatların sayəsində qanda olan virusun tam məhv olunmasa da, dərəcəsi xeyli aşağı düşür. Hətta virus cinsi orqan yollarında, spermada aşkarlanmır.

Ümumiyyətlə isə QİÇS-in müalicəsi üçün məlum bir dərman mövcud deyil, elmi baxımdan HIV virusuna yapışa bilən tək zülal kompleksi Gp41 özündə HIV virusu ehtiva edən hüceyrələrin müdafiə mexanizmi vasitəsilə virusun müəyyən olunub yox edilməsinə imkan verir.

Onu da əlavə edək ki, yeni qan testləri sayəsində 10-15 dəqiqə ərzində orqanizmdə virusun olub-olmaması məlum olur. Bu da virusun aşkarlanmasını daha da asanlaşdırır. İstənilən şəxs pulsuz, istəkdən asılı olaraq anonim şəkildə bu testdən keçə bilər.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir