kisi qadin

Kişinin üzrxahlığı qadının ömrünü uzadır

Baxış sayı: 1. 454

Ər-arvad incikliyi stress səviyyəsinə təsir göstərir, arterial təzyiqi, ürək-damar xəstəlikləri riskini artırır. Əgər kişi ömür-gün yoldaşına qarşı diqqətlidirsə, könlünə dəyən kimi, dərhal üzr istəyirsə, onun qadınının ömrü uzanır. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ alimləri yaşlı cütlüklərin ailə xoşbəxtliyinin səbəblərini təhlil edərək bu qənaətə gəliblər.

Amerika alimlərinin fikrincə, üzr istəməyi, xanımının əsəblərini qorumağı bacaran kişi onun ömrünü uzadır.

Alimlər onu da müəyyən ediblər ki, ərin arvaddan təqribən 15 yaş böyük olduğu ailələrdə qadının ömrü 20 faiz uzanır, qəfil ölüm riski isə orta hesabla beş dəfə azalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir