qadin

Koreyalı qadınların 4 cavanlıq sirri

Baxış sayı: 221

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınları dərilərinə ciddi şəkildə qulluq edirlər. Böyük nəticələr əldə etmək üçün tonlarla bahalı kosmetika almaq məcburiyyətində deyilsiniz. Bundan ötrü Koreya qadınlarının bir neçə sadə vərdişini təkrarlamaq kifayətdir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları koreyalı xanımların gözəllik sirləri ilə tanış edir.

 

Duşdan 10 saniyə sonra

Koreyalı qadınlar isti duş qəbul etdikdən sonra 10 saniyə ərzində üzlərinə tonik çəkməyə çalışırlar. İsti duşun altında uzun müddət keçirsəniz və sonra üstündən nə qədər çox vaxt keçərsə, üzün dərisi bir o qədər susuzlaşır.

 

Üzünüzü masaj edin

Üz üçün təbii daşlardan rolleriniz varsa, onunla üzünüzü masaj edin, yoxdursa, barmaqlarınızla edə bilərsiniz. Bu prosedur qan dövranını yaxşılaşdırır, dərinin tonusunu qaldırır, rəng bərabərsizliyini aradan qaldırır, onu möhkəm və parlaq edir. Koreyalı qadınlar bu gözəllik ayinini hər gün yerinə yetirirlər.

 

Kağız maskalardan istifadə edin

Koreyalı qadınlar kağız maskalarını sevirlər – onlar bu sevgini bütün dünyaya yoluxdurublar. Bu gözəllik məhsulu sizə istənilən yerdə, hətta idman zalında da dərinin qeydinə qalmağa imkan verir. Koreyada bütün qadınlar məşqdən sonra buxar otağına gedir və isti havanın təsiri altında məsamələr genişləndiyi üçün kağız maska taxırlar. Bu, dəriyə mümkün qədər çox faydalı maddələri udmasına imkan verir.

 

Nəm dəsmal

Otaqdakı hava qurudursa, o zaman nəmləndirilməlidir. Bunun üçün mağazaya qaçıb xüsusi nəmləndirici cihaz almağa gərək yoxdur. Koreya qadınlarından nümunə götürmək daha yaxşıdır – dəsmalı isladın və onu çarpayının yanında asın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir