Koronavirus

Koronavirus xəstələri niyə ölür? – “Ölümlərin səbəbi əslində…”

Baxış sayı: 1. 063

COVID-19-un yalnız ağciyərlərə təsir göstərmədiyi üzə çıxıb. “Gencaile.az” saytı “Publika.az”a istinadən xəbər verir ki, türkiyəli immunoloq və allerqoloq Akgül Akpınarlı infeksiyanın böyrək, beyin, hətta ürəyin işinə zərər verdiyini açıqlayıb. Ekspert bildirib ki, koronavirus damarda yerləşən epitelial toxumalara hücum edir.

“Məşhur tibb jurnalı “Lancet”də maraqlı bir araşdırmanın nəticələri yayımlanıb. Qeyd olunub ki, bu araşdırma koronavirus müalicəsində yeni cığır aça bilər. Virusun damar içərisindəki epitel toxumalara hücum çəkərək qanın laxtalanmasına səbəb olduğu, laxtalanan qanın beyində, ürəkdə və böyrəklərdə zədələnməyə yol açaraq ölümlə nəticələndiyi qeyd edilib.

COVID-19-un əvvəlcə yalnız ağciyərlərə təsir etdiyi deyilirdi. Ancaq sonrakı araşdırmalar göstərdi ki, xüsusilə gənc xəstələr beyin arteryaların tıxanması səbəbiylə infarkt və insult nəticəsində vəfat edib. COVID-19 ölümlərin 40 faizinin səbəbi əslində ürək-damar xəstəlikləri il bağlıdır. Bu infesiya təkcə kəskin respirator xəstəlik deyil, eyni zamanda təhlükəli virusdur. Damar zədələnməsi və damar infeksiyasna səbəb olan xəstəliklərə yol açır. Damar içindəki epitel hüceyrələr isə ürək və damar sisteminlərini qoruyan önəmli toxumalardır. Bu epitel toxuması ürək və damarların sağlam funksiyalarını qoruyur və laxtalanmanın qarşısını alan zülallar ifraz edərək prosesə mane olur. Bundan əlavə, epitel toxumasının bu faydası müdafiə sisteminin hərəkətini və funksiyalarını idarə edir.

“Lancet” jurnalında yayımlanan araşdırmalar göstərir ki, COVID-19 xəstələrinin ağciyərlərində, böyrəklərində, qaraciyərlərində və hətta bağırsaqlarında epitel hüceyrələri zədələnib.

Xəstəliyin son əlamətlərindən biri də barmaqlarda görünən ağrılı və qırmızı qançırlardır. Bu simptomlar qan axınının pozulması ilə meydana çıxır.

Virus ilə əlaqəli hər yeni tədqiqat xəstəliyin insan orqanizminə təsirini başa düşməyimizə səbəb olur. Yeni məlumatlar fonunda hazırlanacaq müalicə COVID-19 ölümünün azaldılmasında müsbət yöndə təsir edəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir