Koronavirus

Koronavirusa ikinci dəfə yoluxanları gözləyən böyük TƏHLÜKƏ

Baxış sayı: 436

Tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov xəbərdarlıq edib ki, ikinci dəfə koronavirus infeksiyasına yoluxmaq əvvəlkindən daha ağır xəstəliyə səbəb ola bilər.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, “Sputnik Radiosu”na danışan mütəxəssis qeyd edib ki, COVID-19 omikron ştammının hazırda dominant olan xətləri, məsələn, “delta” variantından daha az patogendir və ölümlə nəticələnmə ehtimalı azdır. Ancaq yenidən infeksiyaya yoluxduqda, xəstəliyi birinci dəfədən daha ağır keçirə bilərsiniz.

“Bir neçə ay əvvəl aparılan böyük araşdırma göstərdi ki, COVID-19-un hər bir sonrakı xəstəliyi eyni insanda daha ağır gedişata səbəb olur”, – immunoloq qeyd edib.

Ekspertin fikrincə, bu, koronavirus infeksiyasının insan orqanizminə təsirinin nəticələri ilə bağlı ola bilər. Kryuçkov əmindir ki, ilk və ya sonrakı infeksiya zamanı COVID-19-un yüngül gedişi gələcəkdə virusun problemsiz ötüşəcəyi demək deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir