koronavirus

Koronavirusun bu simptomlarına daha çox diqqət yetirin

Baxış sayı: 775

London Kral Kollecinin alimləri xüsusi diqqət yetirilməli olan yeddi koronavirus simptomunu aşkar edib. “Gencaile.az” saytı  “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Mütəxəssislər bildirib ki, virusun hərarət, öskürək, dad və iybilmə duyğusunun itməsi kimi üç “klassik” əlamətdən əlavə daha bir neçə simptomu var. Baş ağrısı, halsızlıq, iştahsızlıq, əzələ ağrısı, ishal və dərinin qabıq verməsinə xüsusi diqqət yetirmək tövsiyə edilib.

Eyni zamanda, ekspertlər həkimlərin hər beşinci xəstədə xəstəliyin “klassik” əlamətlərini aşkar etmədiyini qeyd edib. Bu simptomlardan biri özünü büruzə versə, özünütəcrid məsləhət görülüb.

Bundan əvvəl amerikalı həkimlər Nyu-Yorkda bir neçə COVID-19 xəstəsində təhlükəli koronavirus simptomu aşkar etmişdi. İki ay ərzində xəstələrdə keratit – kornea iltihabının inkişaf etdiyi üç yoluxma qeydə alınmışdı. Hər üçündə infeksiya göz almasının daxili membranlarına yayılaraq endoftalmitə səbəb olmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir