tavada-lavas

“Lavaş bizimdir” – AÇIQLAMA

Baxış sayı: 2. 008

Azərbaycan Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovun Modern.az-a verdiyi məlumata görə, ermənilər lavaşın erməni milli mətbəxinə aid olması ilə bağlı sənədləri UNESCO-ya təqdim edib.

Ermənistana etirazını bildirən ilk ölkə isə İrandır. “Çox demirəm, iki alim tapın ki, lavaşı ermənilərin olmasını sübut edə bilsin. Hələ mən səsimi çıxarmıram. Görək Azərbaycanda bir nəfər səsini çıxaracaqmı. İrandan səs çıxıb, amma Azərbaycandan heç kim buna etirazını bildirmir. İran rəsmi şəkildə bildirib ki, lavaş İran, Azərbaycan və Orta Asiya mətbəxinə aiddir. Bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Hətta sübut gətiriblər ki, 700 il bundan öncə, bir kitabda lavaş haqqında atalar sözləri var. Amma bu, ermənicə deyil”, – deyə Tahir Əmiraslanov qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir