kosmetika

Məşhur kosmetika markalarının adı necə yaranıb?

Baxış sayı: 1. 887

Dünyanın ən məşhur kosmetika brendlərinin adlarının mənasını və yaranma tarixçəsini təqdim edirik.

Lumene – marka Finlandiyada yerləşən gölün şərəfinə adlandırılıb. Şirkətin mərkəzi ofisi də məhz burada yerləşir.

Colgate – 1806-ci ildə şirkət Vilyam Kolqeyt tərəfindən təsis edilib. “Kolqeyt” ispancadan tərcümədə “get və özünü as” deməkdir.

ORLY – şirkətin yaradıcısı Cef Pink markanı həyat yoldaşının şərəfinə adlandırıb.

Menard – şirkətin adı qədim yunan mifologiyasından götürülüb. Menada şənlik və şərab allahı Dionisin həyat yoldaşı olub.

Miraculum – kosmetika istehsalçısı olan şirkət 15 iyul 1924-cü ildə həkim Leon Lyuster tərəfindən yaradılıb. O, insanları daim gənc və gözəl saxlayacaq möcüzəvi məhsul (latıncadan tərcümədə “Miraculum” möcüzə deməkdir) yaratmaq istəyirdi.

Gilette – birdəfəlik təraşın ixtiraçısı Kinq Kemp Jillett şirkəti 50 yaşında qurub.

STYX – kosmetik marka 1975-ci ildən istehsal olunur, onun adı avstriyalı əczaçıların soyadı olan “Stix”dən gəlir.

DOVE – ingilis dilindən tərcümədə “göyərçin” deməkdir.

Schwarzkopf – bu, şirkətin qurucusu, kimyaçı Hans Şvartskopfun soyadıdır.

Bourjois – şirkət 1863-cü ildə Aleksandr Napoleon Burjua tərəfindən yaradılıb.

Garnier – 1904-cü ildə Alfred Qarnye saçlar üçün ilk toniki yaradıb.

Max Factor – karyerasının ilk illərində qurucu Maks Faktor Rusiya İmpertaror teatrlarının aktrisalarını bəzəyirdi. Daha sonra o, Amerika kino sənayesinin mərkəzinə – Los-Ancelesə köçür və burada ilk mağazasını açır.

Revlon – kosmetik marka 1932-ci ildə Çarlz və Cozef Revson qardaşları və kimyaçı Çarlz Lahman tərəfindən yaradılıb. Şirkətin adındakı “L” hərfi kimyaçının şərəfinədir.

PAYOT – həkim Nadin Payo əsl gözəllik resepti yaradıb.

Yves Rosher – şirkətin yaradıcısının adı İv Roşe olub.

Estee Lauder – təsisçi Esti Lauderin şərəfinə adlandırılıb.

Clarins – kosmetik şirkət Kurten-Klarins ailə şirkətində yaranıb. Təsisçi Jak Kurten-Klarins bu cümləni tez-tez təkrarlayardı: “Heç vaxt məhsul satmayın, müştəri qazanın”.

BeYu – markanın adı ingiliscə “be yourself” sözünün qısaldılmış versiyasıdır, “özün kimi ol” deməkdir. Şirkətin əsası 1999-cu ildə Almaniyada qoyulub.

Vichy – bu, Fransada termal mənbələri ilə tanınan şəhərdir. Şirkətin təsisçisi bu şəhərə gəldiyi zaman əlindəki yaranın sağalmasını istəyirdi. Onun istəyi reallaşdı. Daha sonra o, müalicəvi sular əsasında kosmetika məhsulları yaratdı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir