123456789

Məşhurların biznes əyləncəsi

Baxış sayı: 235

Şou-biznes  nümayəndələrinin gəliri həmişə çoxlarının diqqət mərkəzindədir. Dünya məşhurlarının şəxsi biznesləri haqqında topladığımız məlumatlar sizə də maraqlı olacaq.

 

Çanning Tatum

Tanınmış aktyor Çanning Tatum da  restoran işinə sərmayə qoyan  məşhurlar sırasına daxildir. Aktyor Nyu Orleandakı” Saints & Sinners “klubunun, barın və restoranın sahibidir. “Saints & Sinners” restoranının menyusuna burger, dəniz məhsulları və müxtəlif növ  makaronlar daxildir.Burada qiymətlər əlverişlidir və cəmi 20 dollara  xüsusi reseptlər ilə hazırlanan makaronları dadmaq olar.

 

Ebru Gündeş

Türkiyənin məşhur pop ulduzu Ebru Gündəş Təkirdağ Muradlıda iribuynuzlu heyvandarlıq fermasının sahibəsidir. Deyilənlərə görə,   500 min TL-yə aldığı fermanın qiyməti indi  2 milyon TL-dir. Heyvanlarının sayını ötən illə müqayisədə 2 dəfə artıra bilən Gündeş ölkənin digər vilayətlərində də eyni biznes fəaliyyətini həyata keçirmək istəyir. O, bu sahənin çox xeyirli və perspektiv olduğunu düşünür.

 

Maykl Cordan

İdman kralı kimi tanınan Maykl Cordan 2018-ci ildə  “Palm Beach Country”də “1000 North” adlı lüks bir restoran açdı. Restoranda xüsusi bir menyu  90 dollardır.  Yalnız içki içmək istəyən müştərilər üçün qiymətlər 16 dollardan başlayır. Restoran qeyri-adi  salonu və fantastik mənzərəli terası ilə diqqət çəkir. Bu, Maykl Cordanın restoran biznesində ilk təcrübəsi deyil. O, həmçinin Konnektikutdakı  “Steak House” və “Jordan Spot”a da sahibdir.

 

Beyons

“İnstagram” biznesi ilə ən çox qazanan müğənnilər sırasına Beyons daxildir. “İnstagram”da 99 milyon izləyicisi olan müğənni reklamını edəcəyi hər məhsul üçün 1 milyon dollar tələb edir.

 

İbrahim Tatlısəs

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs şəxsi biznəsə sahib olan müğənnilər sırasına daxildir.  Onun Seyrantəpədə iş mərkəzi, mağazası və tikiş fabrikası var. Ayrıca solyariya salonu, Bodrum və Quşadasında oteli, gecə klubu, təyyarə və taksi şirkəti, Almaniyanın Hamburq şəhərində fabrikalarının olduğu bildirilir.

 

Sərdar Ortac

Sərdar Ortac gənc yaşlarından atasının çilingər sexində  çalışıb. Bu sənəti çox sevən Ortac bir çilingər sexini satın aldı. Musiqiçi olmasına rəğmən Ortac “Tarkan musiqi dünyasının “Meqastarı”,  mən isə “çilingəriyəm”deyir.

 

Sandra Ballok

“Oskar” mükafatına layıq görülən məşhur aktrisa Sandra Ballok “Vanity Fair” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, o, bir yerdə durmağı sevən qadın  deyil. Sandra biznes ilə bağlı fikirlərini daima yeniləyərək, özünü inkşaf etdirir. Məşhurun sözlərinə görə, onun elə uşaqlıqdan dizayn və marketinqə  marağı olub.  Qeyd edək ki, məşhur aktrisa Texasda iki restoran açsa da, təəssüf  ki, bir müddət sonra onlardan  biri bağlanıb. Lakin ikincisi  hələ də fəalliyyət göstərməkdədir. Hal-hazırda restoranını genişlədən aktrisa,  çörək zavodu və çiçək dükanı da açıb. Əlavə edək ki, 57 yaşlı aktrisanın  ailəsi də Sandranın biznes layihələrində ona çox dəstək olurlar. Məsələn, məşhurun bacısı Gezina onun restoranında administrator kimi çalışır və əsasəndə menyunun hazırlanması ilə məşğuldur.

 

Tuba Büyüküstün

Film seriallarından aldığı bütün pulları ailəsi ilə birlikdə qurduğu ”Endüstriyel Tartım Sistemleri və İstron Elektronik Teknolojileri” adlı iki firmaya yatırıb. Onun anoloji şirkətləri Dubay və Suriyada da açmaq planları var.

 

Kıvanç Tatlıtuğ

“Kanal D”-də yayımlanan məşhur  “Aşkı-Memnu”serialında  baş rolunu oynadığı rola görə məşhurlaşan Kıvanc Tatlıtuğun nəinki aktor fəaliyyəti ilə, həmçinin birzes ilə də məşğuldu. Onun  bir çox üst geyim tikiş şirkəti var. Öz  adını daşıyan köynək markası yaratmaq üçün bir neçə ay öncə görüşlərə başlayıb.

 

Robert de Niro

“Nobu” Nyu-Yorkun ən məşhur yapon restoranlarından biridir. Bu müstəsna restoranda yemək adambaşına orta hesabla 130 dollara başa gəlir. Restoran Yapon və Peru mətbəxinin maddələrinin birləşməsi ilə məşhur olan yapon aşbaz Nobuyuki Matsuhisaya məxsusdur.Lakin, insanların çoxu onun tək sahibi olmadığını bilmir. Əslində məşhur aktyor Robert De Niro ilə  Noyubuki  1988-ci ildə tanış olub və məhz həmin ildən birlikdə bu restoranı açıblar.

Qeyd edək ki, De Niro “Locanda Verde” kimi digər restoranların da ortaq sahibidir.

 

Hülya Avşar

Digər Türkiyəli   müğənni öz adını daşıyan  “Çakıl Company By-Hülya” ve “Çakıl Company By-H” qadın geyimləri markalarının sahibəsidir. Onun adını daşıyan qara-ağ  maykalar uzun vaxtdır ki,  satışdadır. Bu geyimlər Türkiyədə insanlar tərəfindən çox bəyənilib.

 

Sting

Dünya şöhrətli musiqiçi acqarnına mahnılarını ifa edə bilmir. Ekoloji cəhətdən təmiz  və ləzzətli qidalara üstünlük verən Sting  1996 -cı ildə həyat yoldaşı Trudinin təkidi ilə  Avropanın ən mənzərəli yerlərindən birində – İtalyan Toskana bölgəsində  bir əmlak alır. Hal-hazırda Sting bir villanın  və daha 300 hektar üzüm bağı, zeytunluq və mənzərəli çəmənliklərin sahibidir. 2007 -ci ildə Stingin hazırladığı xüsusi  şərablar ilk dəfə ABŞ və İngiltərədəki mağazalarda satışa çıxarıldı və peşəkarlar tərəfindən müsbət rəylər aldı. Müğənninin villasında şərabları dadmaqla yanaşı, yerli istehsal məhsulları – zeytun yağı, bal və salami kolbasasını ala biləcəyiniz bir mağaza da mövcuddur.

 

Bülənt Ərsoy

Çılğın hərəkətləri ilə seçilən türkiyəli müğənni Bülənt Ərsoy  200-250 min dollara aldığıı inşaat və balıqçılıq texnikasını həftədə 10 min lirəyə bələdiyyələrə kirayəyə verir.

 

Selena Qomez

“İnstagram ” biznesi ilə zənginləşən digər məşhur isə Selena Qomezdi. 116 milyon izləyicisi olan müğənni  hər paylaşım üçün 650 min dollar tələb edir.

 

Kənan Doğulu

Məşhur aktrisa Beren Saatın həyat yoldaşı müğənni Kənan Doğulu da biznesmen məşhurlardandı. İlin çoxunu Los-Ancelesdə keçirən müğənninin orada  “Ken Love Yourself”  adlı bir geyim  mağazası var.  Onun, həmçinin  bir inşaat şirkəti də mövcuddur.

 

Ledi Qaga

Dəlisov  sənətçi Ledi Qaga  valideynləri ilə birlikdə bir İtalyan restoranı açıb.Burada  müştərilər 24-28 dollar arasında italyan mətbəxinə aid dadlı makaron yeməklərindən dada bilərllər. Bu  restorana Ledi Qaga  on il əvvəl vəfat edən xalasının adını verib.

 

Sertab Erener

Məşhər müğənninin Sevgilsi Demir Demirkan ilə birlikdə inşaat şirkəti var. Şirkətin sərmayəsi təxminən 100 min TL-dir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir