mektebli

Mavinin 50 çaları və ya Bakı məktəbinin sinif müəllimləri üçün yeni əyləncə

Baxış sayı: 511

Azərbaycanda valideynlərin başağrısını daha da artıran yeni dərs ili yaxınlaşır. Nazirlər Kabinetindən verilən məlumata görə, yeni tədris ilindən yeni məktəbli forması tətbiq olunacaq. Artıq valideynlərə bir neçə rəngdə məktəbli forması seçimi təklif olunub və hansının təhsil müəssisəsində tətbiq ediləcəyinə hər bir məktəbin pedaqoji şurası qərar verəcək.

Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev məktəbli formasının geyilməsi məsələsinə toxunaraq qeyd edib ki, hər bir məktəb təklif olunan formalar əsasında bu məsələ ilə bağlı qərar qəbul edir.

O qeyd edib ki, şagirdlərindən məktəbli forması geyindirmələrinin tələb edilib-edilməməsinə məktəblər özləri qərar verir. “Addım-addım bu formaya doğru irəliləyirik. Məqsədimiz tələbələri vahid forma altında birləşdirməkdir”, – deyə nazir bildirib.

Amma təəssüflər olsun ki, Əmrullayevin rəhbərlik etdiyi nazirliyin məqsədinin şagirdləri vahid məktəbli forması altında birləşdirmək olduğu barədə səsləndirdiyi fikir heç də müsbət nətciələr vəd etmir. Bu məsələ vahid məktəbli formasının tətbiqi əvəzinə müzakirə obyektinə çevrilib, sanki təhsil sistemində şagirdin nə geyinməsindən başqa problem yoxdur.

Məmurların yeni məktəbli forması üzərində tətbiq etdiyi təcrübə hələ dərs ili başlamamış artıq valideynlərin ağrılı mövzusuna çevrilib. Belə ki, Bakının Sabunçu rayonu, Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəbdə məktəbli forması ilə bağlı ciddi müzakirələr gedir.

Buna səbəb sinif rəhbərlərinin müxtəlif siniflərin “Whatshap” çatlarında yeni məktəbli formasının eskizini yerləşdirməsi olub. Valideynlər bu eskizə uyğun olaraq mavi köynəklər almağa tələsdilər. Amma alınan köynəkləri “Whatshap” çatlarında göstərməyə başlayandan sonra sinif rəhbərləri göndərdikləri eskizlərdə köynəklərin daha açıq tonda olduğunu deməyə başlayıblar. Vəziyyəti təsəvvür edin: valideyn sinif rəhbərinin göndərdiyi eskizlə 17-20 manata mavi köynək alır, sonra məlum olur ki, açıq mavi köynək seçməli imiş.

Eyni zamanda, Bakı Tikiş Evinin satış meneceri Etibar Əzimov yerli mətbuata bildirib ki, bu tədris ilində iki rəngdə – tünd göy və boz rəngdə paltar hazırlayıblar. Yəni açıq mavidən danışmırıq.

Sinif rəhbərlərinin bir neçə gündən sonra fikrindən daşınaraq köynəklərin mavi rəngdə olması lazım olduğunu açıqlaması daha çox intriqa yaradır. Və bu müddət ərzində bəzi valideynlər artıq satın alınan köynəkləri açıq mavi məhsullara dəyişdirə biliblər.

Eyni zamanda, sinif rəhbərləri məktəbli formasının rənglərinin uyğunsuzluğunun şagirdlərin məktəbə qəbul olunmamasına səbəb olacağı ilə bağlı məsələ qaldırıblar. Məktəb direktorları və sinif rəhbərləri, yəqin ki, ölkə Konstitusiyasının 42-ci maddəsində vətəndaşlara təhsil almaq hüququ verən qanunla tanış deyillər. Üstəlik, bizdə orta təhsil icbaridir.

Görünür, vəziyyət kifayət qədər sadə izah olunur. Ortada valideynləri çaşqınlığa və əlavə xərclərə aparan sinif rəhbərlərinin səhvi var. Amma sinif rəhbərləri öz səhvlərini etiraf etmək istəmirlər, lakin buna görə valideynləri günahlandırırlar….

 

Asif Aydınlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir