Menstruasiya

Menstruasiya zamanı heç bir halda bu iki şeyi etmək olmaz!

Baxış sayı: 376

Qadına dünyaya uşaq gətirmək şansı verilib, lakin o, bu xoşbəxtliyin əvəzini hər ay ödəmək məcburiyyətindədir. Belə ki, menstrual tsiklində qadınlar müxtəlif problemlərlə üzləşir.

Bu yazıda öz sağlamlığı qorumaq istəyən qadınları menstruasiya vaxtı əməl etməli olduğu gigiyenik qaydalarla tanış etmişik.

 

Aybaşı zamanı nələri etmək olmaz?

женщина во время месячных

Qadınların əksəriyyəti menstruasiya dövrünü ağrılı keçirir. Bu halda ağrıkəsici dərmanlar içmək olarmı?

Olar, amma bir neçə məqamı nəzərə almaq lazımdır. Birincisi, qanın laxtalanmasına və hematopoezə (qan yaradan hüceyrələr) təsir edən preparatlar qəbul etmək qəti qadağandır: Analgin və aspirin. İkincisi, ağrıkəsicini həkim məsləhəti olmadan özbaşına təyin etmək olmaz. Preparatları həkimin təyin etməsi daha məqsədəuyğundur.

Aybaşı zamanı hormonal fonu dəyişir, müvafiq olaraq orqanizmin bu dərmanlara qarşı reaksiyası da dəyişir. Qəfil allergiya yarana bilər. Məsələn, həkimlərin infeksiyaya qarşı təyin etdiyi antibiotikləri və ya dərmanları bədən qəbul etməyə və əks təsir göstərə bilər. Əgər hiss edirsiniz ki, vəziyyət yaxşı deyil dərhal xəstəxanaya gedin. Məsələn, ürək bulanıtısı, baş hərlənməsi, daimi zəiflik, kəskin ağrı, səpgi, həzm pozuntusu kimi hallarda.

 

Aybaşı zamanı niyə isti vanna qəbul etmək olmaz?

что нельзя делать при месячных

Çünki bu, qan ayrılmasını stimullaşdırır və qanaxmaya səbəb ola bilər. Eyni sözlər sauna və ya isti duşa da aiddir.

 

Spirtli içkinin təsiri

Həmçinin alkoqol da güclü qanaxmanaya səbəb ola bilər. O, qan damarlarının divarlarını genişləndirir. Odur ki, aybaşı zamanı spirtli içki içmək olduqca arzuolunmazdır.

 

Menstruasiya vaxtı nə yemək olmaz?

Yuxarıda sadalanan səbəbdən dolayı müəyyən məhsullar var ki, menstruasiya vaxtı yemək tövsiyə olunmur: şokolad, ət məhsulları, xama, süd, qəhvə, qoz, yumurta, həddən artıq kəskin və duzlu yeməklər, həmçinin kolbasa kimi hazır qidalar. Bu yeməklər baş ağrılarına, hətta başgicəllənməyə səbəb ola bilər.

İnsanın mədə-bağırsaq traktı sidik-cinsiyyət sistemi ilə bağlıdır. Odur ki, qida əhəmiyyətini qiymətləndirməmək olmaz! Qızlara yeniyetməlik dövründən aybaşı zamanı bizi fiziki hərəkətlərdən çəkinməyi və ağır yük qaldırmamağı öyrədirdilər. Amma çox az adam var ki, aybaşı vaxtı bəzi məhsullardan imtina etməyi tövsiyə edir. Düzgün qidalanmaqla, hətta bu dövrdə ağrılı hisslərdən qurtarmaq olar.

девушка во время месячных

Aybaşı vaxtı istənilən kosmetik prosedurlara pul xərcləmək onları havaya sovurmaq deməkdir. Pilinq, mezoterapiya, dodaqların böyüdülməsi, botoks, hialuron turşusu iynələri və tatuaj! Hətta saç rənglənməsi adi gözlənilməz nəticə verə bilər. Dəridə və saçda (məsələn, qaş aldırma zamanı) ağrı duyğusu istənilən manipulyasiya zamanı güclənəcək. Bu da qanda yüksək məzmunlu progesteron olmasından qaynaqlanır.

Məsələ ondadır ki, bu dövrdə hormonal fon dəyişir. Ona görə dəri və saçlar özünü həmişəki kimi aparmır. Kosmetik proseduralarla nəinki istənilən effekti əldə etməyəcək, həm də özünüzə ziyan vermiş olacaqsınız.

Yeri gəlmişkən, ki, qadınlar aybaşı günlərində daha da emosional olur. Dolayısı ilə qeydinizə qalın, həmin günlərdə kədərli romanlar oxumaq, təsirli melodramlara baxmaq, dostlarla ünsiyyətdə ağrılı məsələlərə toxunmaq olmaz. Bu, sizə mənfi emosiya, isterika və xoşagəlməz hisslərdən qaçmağa kömək edəcək!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir