valideynle yatmaq

Nağıl uşaqların inkişafına təsir edir

Baxış sayı: 1. 637

Uşağa yatmazdan əvvəl nağıl danışmaq onun nitqinin formalaşmasında ən önəmli yeri tuturmuş. Bunu ilk dəfə elmi müstəvidə ABŞ mütəxəssisləri isbat ediblər. Alimlər qeyd edib ki, nağıl azyaşlılarda beynin formalaşmasında əsas rol oynayır. Xüsusilə də, axşam danışılan nağıl yaddaşın möhkəmlənməsinə kömək edir.

Nağılın əhəmiyyətini üzə çıxarmaq üçün 3 yaşından 5 yaşınadək 19 sağlam uşağın üzərində araşdırma aparılıb. Uşaqlardan 10-na hər gecə anası nağıl oxuyub. 9 uşaq isə sadəcə beşikdə yatızdırılıb. Bir neçə həftə sonra alimlər balacaların beynini kompüter vasitəsi ilə test edib.

Nəticələr gözlənildiyi kimi olub. 10 nəfər nağıla qulaq asan balacanın beyninin nitqə cavabdeh hissəsində fəallaşma və ümumilikdə, beynində xeyli irəliləyiş müşahidə edilib. 9 nağılsız qalan körpənin isə beyninin nitqə cavabdeh hissəsi 10 həmyaşıdından geri qalıb.

Bununla da balacalara yuxudan əvvəl nağıl danışmağın onların həm nitqinə və dünya görüşünə, həm də beynin inkişafına olan əvəzsiz təsiri ilk dəfə elmi miqyasda sübut edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir