nisanli

Nişanlılıq dövrü nə qədər olmalıdır?

Baxış sayı: 190

Nişanlılıq tərəflərə daha çox bir-birilərini daha yaxşı tanımaq və evlilik üçün lazım olan hazırlıqları görmək üçün lazımdır. Bu vaxt məqsəddənkənar səbəblərlə uzadıldıqda evliliyə mənfi təsir göstərir. Belə ki, bu prosesdə tərəflər qarşı tərəfə həm həyat yoldaşı, həm də kənar adam kimi baxırlar. Bu isə tədricən tərəflərdə psixoloji gərginliklərə səbəb olur.

Ailem jurnali adlı şəxsin şəkli.

Digər tərəfdən, nişanlılıq dövrünün uzanması eyni məsələlərin zamandan və məkandan asılı olaraq müxtəlif cür şərh olunmasına gətirib çıxarır. Bu isə tərəflərin bir-birilərinin hərəkətlərini səhv qiymətləndirmələri ilə nəticələnir. Nişanlılıq dövrü uzandıqca təbii olaraq kənar təsirlər də artır. Məsələn, tərəflər əksər hallarda öz təcrübələrini digər nişanlı tərəflərlə bölüşürlər ki, bu da bir-birindən fərqli düşüncələrin meydana çıxmasına səbəb olur. Ona görə də, tərəflər bir-biriləri ilə bağlı suallara qısa bir vaxtda cavab tapmalı və evlilik hazırlıqlarının süni şəkildə uzadılmasına imkan verməməlidirlər.

Image result for Nişanlı

Bundan başqa, əgər tərəflər bir-birilərini həyat yoldaşı kimi qəbul edə bilmirlərsə, nişanlılıq da olmamlıdır. Nişanlılıq müddətinə gəlincə, bu məsələdə müddət 10 ayı keçməməlidir. Nişanlılıq üçün ideal müddət isə maksimum 3-6 ay olmalıdır.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir