Oboy

Oboylardan yağlı ləkələri necə təmizləməli? – TÖVSİYƏLƏR

Baxış sayı: 1. 043

Bəzən oboylara yağlı ləkələr düşür. Ləkəni mümkün qədər tez təmizləmək lazımdır ki, ləkə oboylara hopmasın. Bunu necə etməli sualı sizi də düşündürürsə, “Gencaile.az” saytının bu haqda təqdim etdiyi məsləhətlərə tanış olun.

 

Yuyulan oboyların üzərindən belə ləkələri təmizləmək üçün suda hər hansı yuyucu vasitə (yuyucu toz, sabun, qabyuyan vasitə) həll edin, bu suda əski isladın və ləkəni təmizləyin. Sonuncu dəfə əskini təmiz suda isladın və oboyları silin.

Adi kağız oboylardan ləkələri aparmaq daha çətindir. Sudan istifadə etməyin, oboylar korlana bilər. Təbaşiri toz şəklinə salın, ləkənin üzərinə quru halda çəkin və belə saxlayın, sonra təbaşiri yumşaq fırça ilə təmizləyin.

Təbaşiri pambıq əskinin üzərinə tökün, əskini ləkəyə qoyun və ilıq ütü ilə ütüləyin. Lazım olduqda bu proseduranı bir neçə dəfə edin.

Digər üsul – nişastanı az miqdarda su ilə qarışdırın, ləkənin üzərinə çəkin və növbəti gün fırça ilə təmizləyin.

Sodadan da istifadə edə bilərsiniz. Sodanı az miqdarda su ilə qarışdırın (qatı alınmalıdır), əskiyə çəkin və ləkəni ehtiyatla silin. Daha sonra bu yeri təmiz yumşaq əski ilə ehtiyatla silmək lazımdır.

Ləkənin üzərinə kağız dəsmalı qoyun və ilıq ütü ilə ütüləyin, kağızı bir neçə dəfə dəyişdirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir