Steyk salatı

Od çərşənbəsi menyusu

Baxış sayı: 1. 867

Artıq Novruz bayramına o qədər də çox vaxt qalmayıb.  Bu gün ikinci çərşənbəni – Od çərşənbəsini qeyd edirik. Və demək olar ki, çox ailələr çərşənbəni bayram kimi qeyd edirlər. Elə biz də,  belə bir gündə sizə dadlı və bir o qədər də fərqli menyular təqdim etməyi qərara aldıq.

 

Zoğallı döşəmə plov

Ərzaqlar

Düyü – 600 qram

Toyuq – 1 ədəd

Baş soğan – 1 ədəd

Zoğal – 150 qram

Lavaş – 5 ədəd

Kərə yağı – 50 qram

Duz, istiot – zövqə görə

 

Hazırlanması

Düyünü qaynadılmış duzlu suda bir qədər bişirib süzün. Toyuğu tikələrə bölün, duzlu suda pörtlədin, zoğalın çəyirdəyini çıxardın. Soğanı çox xırda doğrayın, üstün zoğalın bir hissəsini, duz və istiotu əlavə edib yaxşıca qarışdırın. Və toyuq parçalarına çəkin. Yağlanmış qazanın dibinə lavaşı sərin, üstünə də toyuq tikələrini düzün. Sonra üzərinə düyünü yığın. Hər düyü qatının üzərinə də kərə yağı gəzdirin. Sonda zoğalən digər hissəsini səpib qoyun dəmlənsin.

 

“Steyk” salatı

Ərzaqlar

Can əti – 250 qram

Kahı – 1 dəstə

Pomidor – 2 ədəd

Xiyar – 1 ədəd

Bolqar bibəri – 1 ədəd

Kök – 1 ədəd

Parmezan pendiri – 100 qram

Bitki yağı – 2 xörək qaşığı

Duz, istiot

 

Hazırlanması

Can əti uzunsov doğranır, strecin arasında azacıq döyülüb 1 x.q. bitki yağında qızardılır. Pomidorun qabığı soyulur. Pomidor, xiyar, bibər, bişmiş kök samanvari, kahı isə incə doğranılır (Kahıya bıçaq vurmaq olmaz. Çünki su salır). Ərzaqlara 1 x.q. bitki yağı əlavə edilir, duz, istiot səpilib qarışdırılır və salat kasasına əlavə edilir. Salatın üzərinə qızardılmış ət qoyulur və parmesan pendiri səpilir.

 

Trüffel

Ərzaqlar

Qara şokolad – 180 qram

Kərə yağı – 80 qram

Qaymaq – ½ stəkan

Konyak – 1 çay qaşığı

Bal – 1 xörək qaşığı

Trüffel

Hazırlanması

Şokoladın üzərinə qaymaq əlavə edilir, buxar hamamında əridilir. Kütləyə konyak, bal və kərə yağı qatılıb qarışdırılır. Qarışıq 30 dəqiqə soyuducuda saxlanıb mikserlər çalınır. Sonra trüffellər düzəldilir. Trüffellər soyuducuda 1 saat saxlanıldıqdan sonra kakaoya batırılıb çay süfrəsinə verilir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir