usaq

Ölkəmizdə uşaq­kən ana olanların sayı niyə artır?

Baxış sayı: 186

Bo­şan­ma­la­rın sa­yı­nın art­ma­sı ilə ya­na­şı az­yaş­lı­lar ara­sın­da ana olan­lar da art­maq­da­dır. Bu­nu sta­tis­ti­ka da təs­diq­lə­yir.
Sta­tis­ti­ka­ya gö­rə, son 16 il ər­zin­də Azər­bay­can­da ya­şı 16-dək olan qa­dın­lar tə­rə­fin­dən do­ğu­lan uşaq­la­rın sa­yı 6 də­fə, 16 yaş­da olan qa­dın­lar tə­rə­fin­dən do­ğu­lan uşaq­la­rın sa­yı 2 də­fə ar­tıb. Be­lə ki, 2000-ci il­də 16 ya­şa qə­dər qa­dın­lar tə­rə­fin­dən 24 uşaq, 16 yaş­da olan qa­dın­lar tə­rə­fin­dən 319 uşaq do­ğu­lub. Bu say son­ra­kı il­lər­də 2000-ci il­lə mü­qa­yi­sə­də yal­nız art­ma­ğa doğ­ru də­yi­şib.

Son 16 il ər­zin­də 16 yaş­da olan qa­dın­lar tə­rə­fin­dən ən çox uşaq­la­rın do­ğul­du­ğu il 2010 və 2011-ci il­lər olub. 2010-cu il­də Azər­bay­can­da 16 yaş­da olan qa­dın­lar tə­rə­fin­dən 855, 2011-ci il­də 964 uşaq do­ğu­lub.

Son 16 il ər­zin­də 16 ya­şa qə­dər olan qa­dın­lar tə­rə­fin­dən do­ğu­lan uşaq­la­rın sa­yı da­ha çox 2014 və 2015-ci il­lər­də qey­də alı­nıb. 2014-cü il­də be­lə qa­dın­lar tə­rə­fin­dən 228, 2015-ci il­də 175 uşaq do­ğu­lub.

2016-ci il­də ya­şı 16-dək və 16 yaş­da olan qa­dın­lar tə­rə­fin­dən do­ğu­lan uşaq­la­rın sa­yı 2014 və 2015-ci il­lər­lə mü­qa­yi­sə­də azal­sa da, ötən il bu yaş­da olan qa­dın­lar tə­rə­fin­dən do­ğu­lan uşaq­la­rın sa­yı ye­nə də 2000-ci il­lə­rin əv­və­lin­də do­ğu­lan­lar­dan çox­dur.
2016-cı il­də Azər­bay­can­da ya­şı 16-dək olan qa­dın­lar tə­rə­fin­dən 150, 16 yaş­da olan qa­dın­lar tə­rə­fin­dən 600 uşaq do­ğu­lub.

Ümu­mi­lik­də, 2016-cı il­də Azər­bay­can­da 20 ya­şa­dək qa­dın­lar tə­rə­fin­dən 16894 (2015-ci il­də 18056 uşaq) uşaq do­ğu­lub ki, on­la­rın 150-si ya­şı 16-dək, 600-ü 16 yaş­da, 2059-u 17 yaş­da, 5278-i 18 yaş­da, 8807-i 19 yaş­da olan qa­dın­lar tə­rə­fin­dən do­ğu­lub.
Ötən il 15-19 yaş­lı qa­dın­lar tə­rə­fin­dən di­ri do­ğu­lan 16894 uşa­ğın 14110-u qa­dı­nın 1-ci, 2636-ı 2-ci, 140-ı 3-cü, 8-i 4-cü uşaq ki­mi dün­ya­ya gə­lib (“Trend”).

Hü­quq­şü­nas Ay­nur Mu­sa­ye­va­nın bil­dir­di­yi­nə gö­rə, 18 ya­şı­na (yet­kin­lik ya­şı­na) çat­ma­yan və tam fəa­liy­yət qa­bi­liy­yə­ti əl­də et­mə­yən şəxs­lər uşaq he­sab olu­nur­lar: “Azər­bay­can Res­pub­li­ka­sın­da ni­kah ya­şı 18 yaş mü­əy­yən olu­nur. Üzür­lü sə­bəb­lər ol­duq­da, ni­ka­ha da­xil ol­maq is­tə­yən və ni­kah ya­şı­na çat­ma­mış şəxs­lə­rin ya­şa­dıq­la­rı əra­zi­nin ic­ra ha­ki­miy­yə­ti or­qa­nı on­la­rın xa­hi­şi ilə ni­kah ya­şı­nın 1 il­dən çox ol­ma­ya­raq azal­dıl­ma­sı­na ica­zə ve­rə bi­lər. Bu sə­bəb­lər da­ha çox ni­ka­ha gir­mək is­tə­yən tə­rəf­lə­rin ai­lə və­ziy­yət­lə­ri ilə bağ­lı olur. Mə­sə­lən, on­la­rın va­li­deyn­lə­ri ağır (ölüm­cül) xəs­tə ol­duq­da, qız ha­mi­lə ol­duq­da və s. hal­lar­da tə­rəf­lər 17 ya­şın­da ni­ka­ha da­xil ola bi­lər­lər”.

Mu­sa­ye­va qeyd edib ki, yet­kin­lik ya­şı­na, yə­ni 18 ya­şı­na çat­ma­yan va­li­deyn­lər uşaq­lar­la bir­gə ya­şa­maq və on­la­rın tər­bi­yə­si ilə məş­ğul ol­maq hü­qu­qu­na ma­lik­dir­lər: “Yet­kin­lik ya­şı­na çat­ma­yan va­li­deyn­lər ni­ka­ha da­xil ol­ma­mış­lar­sa, on­la­rın uşaq­la­rı do­ğul­duq­da hə­min va­li­deyn­lər 16 ya­şı­na çat­dıq­dan son­ra ata­lı­ğın (ana­lı­ğın) mü­əy­yən edil­mə­sin­də müs­tə­qil hə­rə­kət edə bi­lər­lər. 16 ya­şı ta­mam ol­ma­yan va­li­deyn­lə­rin uşaq­la­rı­nın tər­bi­yə­si ilə məş­ğul ol­maq üçün qəy­yum tə­yin olu­na bi­lər. Ni­ka­hın rəs­mi olub-ol­ma­ma­sın­dan ası­lı ol­ma­ya­raq yet­kin­lik ya­şı­na çat­ma­yan ana­nın hü­quq­la­rı­nın həc­mi yet­kin­lik ya­şı­na çat­mış ana­nın hü­quq­la­rı­nın həc­min­dən az de­yil. Bu­na da­ir qa­nun­ve­ri­ci­lik xü­su­si məh­dud­laş­dır­ma nə­zər­də tut­mur”.

Onun söz­lə­ri­nə gö­rə, bu ki­mi mə­sə­lə­lə­rin həl­li za­ma­nı ey­ni za­man­da nə­zə­rə alın­ma­lı­dır ki, yet­kin­lik ya­şı­na çat­ma­yan şəx­sə mü­na­si­bət­də bir­ba­şa zor tət­biq olun­ma­dıq­da (zor tət­biq et­mə hə­də­si) ol­ma­dıq­da nə­zə­rə alın­ma­lı­dır ki, hər bir hal­da 16 ya­şı­na çat­ma­yan şəxs­lə cin­si əla­qə­də ol­ma və ya sek­su­al xa­rak­ter­li di­gər hə­rə­kət­lər et­mə üç ilə­dək müd­də­tə azad­lıq­dan məh­rum et­mə ilə cə­za­lan­dı­rı­lır: “Ey­ni əməl­lər 14 ya­şı­na çat­ma­yan şəxs ba­rə­sin­də tö­rə­dil­dik­də üç il­dən al­tı ilə­dək müd­də­tə azad­lıq­dan məh­rum et­mə ilə cə­za­lan­dı­rı­lır. Hə­min əməl­lər yet­kin­lik ya­şı­na çat­ma­ya­nı tər­bi­yə et­mək və­zi­fə­si da­şı­yan şəxs­lər və ya yet­kin­lik ya­şı­na çat­ma­ya­na nə­za­rə­ti hə­ya­ta ke­çir­mək və­zi­fə­si­ni da­şı­yan təh­sil, tər­bi­yə, tib­bi və ya di­gər mü­əs­si­sə­nin mü­əl­li­mi və ya di­gər iş­çi­si tə­rə­fin­dən tö­rə­dil­dik­də üç ilə­dək müd­də­tə mü­əy­yən və­zi­fə tut­ma və ya mü­əy­yən fəa­liy­yət­lə məş­ğul ol­ma hü­qu­qun­dan məh­rum edil­mək­lə və ya edil­mə­mək­lə dörd il­dən yed­di ilə­dək müd­də­tə azad­lıq­dan məh­rum et­mə ilə cə­za­lan­dı­rı­lır”.

Mü­sa­hi­bi­miz qeyd edib ki, yet­kin­lik ya­şı­na çat­ma­yan şəx­sə mü­na­si­bət­də zor tət­biq olun­ma­sı hal­la­rın­da (zor tət­biq et­mə hə­də­si möv­cud ol­duq­da) nə­zə­rə alın­ma­lı­dır ki, zor­la­ma, yə­ni zə­rər­çək­miş şəx­sə və ya baş­qa şəxs­lə­rə qar­şı zor tət­biq et­mək­lə və ya be­lə zor tət­biq et­mə hə­də­si ilə və ya zə­rər­çək­miş şəx­sin kö­mək­siz və­ziy­yə­tin­dən is­ti­fa­də et­mək­lə onun­la cin­si əla­qə­də ol­ma təq­sir­kar şəxs üçün aş­kar su­rət­də on dörd ya­şı­na çat­ma­yan şəxs ba­rə­sin­də tö­rə­dil­dik­də on il­dən on beş ilə­dək müd­də­tə azad­lıq­dan məh­rum et­mə ilə cə­za­lan­dı­rı­lır: “Zə­rər­çək­miş şəx­sə və ya baş­qa şəxs­lə­rə zor tət­biq et­mək­lə və ya be­lə zor tət­biq et­mə hə­də­si ilə və ya zə­rər­çək­miş şəx­sin kö­mək­siz və­ziy­yə­tin­dən is­ti­fa­də et­mək­lə uşaq­baz­lıq və ya sek­su­al xa­rak­ter­li di­gər zo­ra­kı­lıq hə­rə­kət­lə­ri et­mə  təq­sir­kar şəxs üçün aş­kar su­rət­də on dörd ya­şı­na çat­ma­yan şəxs ba­rə­sin­də tö­rə­dil­dik­də sək­kiz il­dən on beş ilə­dək müd­də­tə azad­lıq­dan məh­rum et­mə ilə cə­za­lan­dı­rı­lır”.

Hü­quq­şü­nas onu da əla­və edib ki, əgər hər han­sı mü­na­si­bət­lər­də fərd ata ol­du­ğu­nu tək­zib edir, boy­nu­na al­mır­sa, bu za­man ata­lı­ğın mü­əy­yən edil­mə­si məh­kə­mə qay­da­sın­da ola bi­lər: “Ana ata­lı­ğın mü­əy­yən edil­mə­si üçün məh­kə­mə­yə mü­ra­ci­ət edə bi­lər. Bu məh­kə­mə tə­rə­fin­dən mü­əy­yən olu­nur”.

Gi­ne­ko­loq Ma­hi­rə Hü­sey­no­va bil­di­rir ki, az­yaş­lı qız­la­rın, 14-16 yaş həd­lə­rin­də olan­la­rın ərə ve­ril­mə­si tib­bi ba­xım­dan da düz­gün de­yil: “Bu yaş­da qa­dı­nın ha­mi­lə ol­ma­sı, uşaq dün­ya­ya gə­tir­mə­si təh­lü­kə­li­dir. Qız­la­rın fi­zio­lo­ji cə­hət­dən for­ma­laş­ma­sı 18 yaş­dan son­ra baş ve­rir. Qa­dın­la­rın er­kən yaş­da or­qa­nizm tö­rət­mək po­ten­sia­lın­da ol­sa da, hə­lə for­ma­laş­ma tam ba­şa çat­ma­yıb. Bu­na gö­rə hor­mo­nal sis­tem poz­ğun­lu­ğu baş ve­rir, nə­ti­cə­də gənc ana bir sı­ra da­xi­li prob­lem­lər­lə, elə­cə də vaxt­sız qo­cal­ma ilə baş-ba­şa qa­lır. Tə­əs­süf edi­ci hal­dır ki, son bir ne­çə il­də 15-19 yaş­lı qa­dın­la­rın dün­ya­ya gə­tir­di­yi uşaq­lar ara­sın­da ölüm hal­la­rı 50 fa­iz ar­tıb”.

Gi­ne­ko­lo­qun de­di­yi­nə gö­rə, er­kən yaş­da ha­mi­lə­lik­də uşaq­lı­ğın və yu­mur­ta­lı­ğın öl­çü­lə­ri tam for­ma­laş­ma­mış olur, ay­ba­şı funk­si­ya­sı­nın və hor­mon­la­rın in­ki­şa­fı ta­mam­lan­mır: “Ona gö­rə də er­kən yaş­da ai­lə qu­ran qız­lar­da son­suz­luq­lar mü­şa­hi­də olu­nur. Əgər son­suz­luq ol­mur­sa, ye­nə də dö­lün in­ki­şaf­dan qal­ma­sı­na və ya vax­tın­dan əv­vəl iti­ril­mə­si­nə gə­ti­rib çı­xa­rır. Qız uşaq­la­rın­da in­fek­si­ya­lar, hor­mo­nal po­zun­tu­la­rın da­ha çox ya­şan­ma­sı, lax­ta­lan­ma sis­te­min­də də­yi­şik­lik­lə­rin çox ol­ma­sı hor­mo­nal ba­lan­sın tam for­ma­laş­ma­ma­sı ilə əla­qə­dar­dır. Ey­ni za­man­da qız­lar psi­xo­lo­ji cə­hət­dən tam for­ma­laş­ma­dıq­la­rı­na gö­rə ha­mi­lə­li­yə ha­zır­lıq­lı ol­mur­lar. Ha­mi­lə­lik döv­rün­də dö­lə nə­za­rət et­mək, ha­mi­lə­li­yi so­na ye­tir­mək və hə­ki­mə vax­tı-vax­tın­da get­mək ki­mi mə­su­liy­yə­ti da­şı­mır­lar. Ana ol­duq­dan son­ra be­lə bu yaş­da kör­pə­yə qar­şı ye­tə­rin­cə mə­su­liy­yət hiss et­mir­lər. Elə­cə də, hor­mo­nal ye­tər­siz­lik ol­du­ğu üçün dö­lün iti­ril­mə­si tez-tez ya­şa­nır.

Hü­sey­no­va onu da qeyd edib ki, hor­mo­nal ola­raq bə­dən 9 yaş­dan eti­ba­rən də­yiş­mə­yə baş­la­yır: “Bu­na gö­rə də, ye­ni­yet­mə­lik ya­şı ar­tıq er­kən­ləş­mə­yə baş­la­yıb. Hor­mo­nal də­yi­şik­lik­lər ya­ran­dıq­da qa­dın və ki­şi­lə­rin bə­dən qu­ru­luş­la­rın­da də­yi­şik­lik­lər gö­zə çar­pır. 14 ya­şı­na qə­dər xa­nı­mın or­qa­niz­mi tam for­ma­laş­mır. Ona gö­rə, bu yaş müd­də­tin­də ha­mi­lə qal­maq məs­lə­hət de­yil. Bu­nun psi­xo­lo­ji sar­sın­tı­la­rı da çox olur. Bə­dən bu­na ha­zır ol­ma­dı­ğı üçün psi­xo­lo­ji ola­raq be­yin və dü­şün­cə­lər də bu­na ha­zır de­yil. 14 ya­şı­na qə­dər olan bir xa­nım dün­ya­ya öv­lad gə­ti­rər­kən psi­xo­lo­ji fə­sad­lar alır. Bun­dan baş­qa özü hə­lə tam yet­kin­ləş­mə­yən bir qa­dı­nın öv­la­dın tər­bi­yə­si ilə məş­ğul ol­ma­sı çox çə­tin mə­sə­lə­dir”.

Psi­xo­loq Və­fa Ək­bər bil­di­rir ki, az­yaş­lı­la­rın ev­li­li­yi­nin, uşaq dün­ya­ya gə­tir­mə­lə­ri­nin əsas sə­bə­bi ai­lə­lə­rin­də­ki prob­lem­lər­dir: “Ata-ana­nın ide­al ai­lə ob­ra­zı­nın uşaq­la­ra gös­tə­rə bil­mə­mə­si­dir. Ai­lə üzv­lə­ri ara­sın­da da­im mad­di im­kan­sız­lı­ğı qa­bar­da­raq konf­likt­lə­rin ya­şan­ma­sı­dır. Bu, uşa­ğı təd­ri­cən evin­dən bez­di­rir. Az­yaş­lı­nın özü­nün tez ai­lə hə­ya­tı qur­ma­ğa can at­ma­sı­nın sə­bəb­lə­rin­dən bi­ri də va­li­deyn­lə­ri­nin öz prob­lem­lə­ri­nə baş­la­rı qa­rış­dı­ğı ərə­fə­də öv­lad­la­rı­na düz­gün tər­bi­yə, təh­sil ve­rə bil­mə­mə­si­dir. Uşaq­lar elm­dən, təh­sil­dən uzaq qal­dıq­da, ar­tıq öz ai­lə­lə­ri­ni qur­ma­ğa meyl edir­lər. Hət­ta öz ata-ana­sı­nın qur­du­ğu ai­lə­dən qa­çıb can qur­tar­maq fi­kir­lə­ri­nə al­da­na­raq sev­gi ya­şa­maq, diq­qət gör­mək, öz­lə­ri ai­lə qur­maq is­tə­yi ilə səhv ad­dım­lar ata bi­lər­lər. Əgər va­li­dey­lər öz­lə­ri az­yaş­lı öv­lad­la­rı­nın ai­lə qur­ma­sı­nı is­tə­yir­lər­sə, ye­nə də prob­lem ya­şa­yan, uşaq­la­rı­na bax­maq iq­ti­da­rın­da ol­ma­yan va­li­deyn­lər­dir”.

Həm­söh­bə­ti­miz qeyd edib ki, az­yaş­lı­ya uşaq dün­ya­ya gə­tir­mək fi­zio­lo­ji və psi­xo­lo­ji mən­fi tə­sir gös­tə­rir: “Psi­xo­lo­ji ola­raq az­yaş­lı ana ol­maq, mə­su­liy­yət da­şı­maq üçün ha­zır de­yil. Ai­lə­nin nə ol­du­ğu­nu bil­mir. Tə­bii ki, az­yaş­lı ai­lə qur­duq­da, bö­yük­lər tə­rə­fin­dən hə­min ai­lə­yə mü­da­xi­lə­lər olur. Psi­xo­lo­ji ola­raq o, ev­li­li­yi qal­dı­ra bil­mir. Az­yaş­lı­nı ye­ni­dən tər­bi­yə­lən­dir­mə üsu­lu­na ke­çi­ri­lir. Bu da ye­ni­yet­mə­nin aq­res­si­ya­sı­na, bə­zən ver­bal, bə­zən isə da­xi­li aq­res­si­ya­sı­na sə­bəb olur. Bio­lo­ji ola­raq qa­dın ana olur və ana­lı­ğı da­şı­ya bil­mir. Çün­ki özü uşaq­dır, uşaq­lı­ğın­dan doy­ma­yıb, ya­şa­ma­yıb. Ha­mi­lə ol­duq­da bir­dən-bi­rə hor­mo­nal dis­ba­lans­lar, həs­sas­lıq baş­la­yır. Bu­na bax­ma­ya­raq, ye­ni­dən tər­bi­yə­lən­di­ril­mə­li­dir və mü­əy­yən öyüd-nə­si­hə­tə qu­laq asıb uy­ğun­laş­ma pro­se­si­ni keç­mə­li­dir. Fi­zio­lo­ji ola­raq hə­min in­san zə­if qa­lır, sü­mük­lə­ri de­for­ma­si­ya­ya uğ­ra­yır. Mü­əy­yən qü­sur­lar ya­ra­nır. Bu da hə­min şəx­sin komp­leks­li ol­ma­sı­na, gə­lə­cək­də özü ki­mi komp­leks­li fər­din ye­tiş­di­ril­mə­si­nə gə­ti­rib çı­xa­rır. İn­san fərd ki­mi do­ğu­lur, za­man­la şəx­siy­yə­ti for­ma­la­şır. Az­yaş­lı ək­sər hal­lar­da şəx­siy­yət ye­tiş­di­rə bil­məz, çün­ki özü hə­lə ki, for­ma­laş­ma­yıb”.

Onu da qeyd edək ki, Da­ni­mar­ka­nın Or­xus Uni­ver­si­te­ti­nin alim­lə­ri gec yaş­da ana ol­ma­ğın bir çox po­zi­tiv cə­hət­lə­ri­ni mü­əy­yən­ləş­di­rib­lər. Ekp­sert­lər bu­nun üçün 4741 qa­dı­nı mü­şa­hi­də edib­lər. Araş­dır­ma­lar za­ma­nı 7, 11 və 15 yaş­da olan uşaq­la­rın ana­la­rı­nın ya­şı­na mü­na­si­bə­ti öy­rə­nil­mə­yə ça­lı­şıb. Nə­ti­cə­lə­rə əsa­sən, gec yaş­da uşaq do­ğan qa­dın­la­rın ha­mi­lə­li­yi prob­lem­siz ke­çir, on­la­rın uşaq itir­mə ya­xud vax­tın­dan əv­vəl do­ğuş et­mə­si eh­ti­ma­lı aşa­ğı olur.
Gec ana olan qa­dın­lar uşaq­la­rı­nı da­ha az dan­la­yır, be­lə uşaq­lar­da emo­sio­nal, so­si­al və dav­ra­nış prob­lem­lə­ri da­ha az mü­şa­hi­də olu­nur. Həm­çi­nin, be­lə qa­dın­lar ha­mi­lə­lik müd­də­ti­nə da­ha təm­kin­li olur, ana­lıq öh­də­lik­lə­ri­ni asa­san ic­ra edir­di­lər.
Or­xus Uni­ver­si­te­ti­nin alim­lə­ri­nin fik­rin­cə, gec yaş­da ana olan qa­dın­lar da­ha sta­bil mü­na­si­bət­lər­də olur, ali təh­sil­li və gənc ana­la­ra nis­bə­tən da­ha çox re­sur­sa ma­lik olur­lar.
Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir