Ömrü 65 faiz uzatmağın yolu tapıldı

Baxış sayı: 1. 384

İspaniyanın Oviedo Universitetinin alimləri ömrü 65 faiz uzatmağın yolunu tapıblar. Eksperiment hələlik laboratoriya siçanları üzərində sınaqdan çıxarılıb və ümidverici nəticələr əldə olunub. Nəticə insanlar üzərində tətbiq edilsə və uğurlu olsa, ömrü 135 ilədək uzatmaq mümkün olacaq. Bu barədə “Nature Cell Biology” jurnalında dərc edilən məqalədə bildirilir.

Məlumata görə, əslində, alimlərin məqsədi heç də cavanlıq eliksirini tapmaqdan ibarət olmayıb. Mikrobioloqlar nadir xəstəliklərə düçar olmuş və 18 yaşa çatmamış ölən xəstələrdə hüceyrələrin vaxtından əvvəl qocalmasına qarşı dərman axtarırmışlar. Bu zaman iki molekulun köməyi ilə hüceyrələrin yenidən proqramlanması mexanizmini taparaq ona müasir preparatlar vasitəsilə təsir etməyə nail olublar. Nəzəriyyəyə görə, dərman yalnız xəstələrin deyil, həmçinin, 90 yaşdan yuxarı sağlam insanların hüceyrələrini cavanlaşdırmağa imkan verir.

Hazırda alimlər bütün diqqətlərini qocalma prosesinə cavabdeh olan xüsusi zülalı insan orqanizmindən ayırıb çıxarmağa cəmləşdirilmək niyyətindədirlər. Onların fikrincə, cəmi bir neçə təhqiqatın həyata keçirilməsindən sonra əsl “cavanlıq eliksiri”ni yaratmaq mümkün olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir