kitab

Onlar necə zəngin oldular?

Baxış sayı: 810

Zənginlər bir neçə qrupa ayrılır: bəziləri bütün həyatı boyu yorulmadan çalışıblar, bəzilərinin zirvələrə yüksəlməsinə fərqli ideyaları səbəb olub, bəziləri varlı ailələrdə doğulub və həyatlarında bir gün belə işləməyiblər, bəziləri isə bir neçə dollara lotereya bileti alaraq milyonları hara xərcləyəcəklərini bilmirlər.

Aşağıda çoxları üçün əsl sürpriz olan miraslar və təəccübləndirici sərvətlər haqqında danışacağıq. Çox vaxt miras qohumlara dəfn mərasimləri, ayinlər və s. xərcləri ödəmək üçün qalır, lakin bəzən məbləğ varlandıracaq dərəcədə çox olur.

ABŞ-ın Ohayo ştatının Çaqrin Fols adlı şəhərciyində on yeddi yaşlı ofisiant Sara Vuds 1992-ci ildə işlədiyi kafeyə tez-tez gələn Bill Krakstonla dostluq edir. Bill dul qalmışdı, Sara isə atasını 10 yaşında itirmişdi və bu, onları daha da yaxınlaşdırdı. Vuds tez-tez ev işlərində də qocaya kömək edir, kiçik təmizlik işləri görürdü.

Krakston da öz növbəsində övladlarını Sara kimi təsəvvür etdiyini bildirirdi. O, 82 yaşında ürək tutmasından dünyasını dəyişir. O, xəstəxanada, ölümündən bir qədər əvvəl, yaxın qohumu kimi Vudsun telefon nömrəsini göstərərək onu varisi adlandırmışdı. Beləliklə, onun qəfildən 500 min dolları, bir evi və iki maşını ofisianta qaldı. Vuds pulu düzgün şeyə, təhsilinə xərclədi.

Portuqaliyalı aristokrat Luis Karlos de Noronha Kabral da Kamara varlı, övladı olmayan bir subay idi. O, 42 yaşında xəstəlik səbəbindən dünyasını dəyişir. Onun öldüyü gün on yeddi yad və xəbərsiz portuqaliyalıya telefon zəngi gəldi və onlara Portuqaliyanın ən zəngin insanlarından birinin varislərinə çevrildiklərini söylədilər. Luis ölümündən 13 il əvvəl telefon kitabçasındakı bütün bu insanları təsadüfi seçmişdi. O, 25 min avrodan əlavə 12 otaqlı mənzil, ev və maşın vəsiyyət etmişdi. Bütün bunlar həmin 17 adam arasında bölündü.

Zolt və Geza Peladi Budapeştdən bir neçə kilometr aralıda bir mağarada yaşayırdılar . Gündüzlər qəpik-quruşa satmağa “qiymətli” zibil axtarmaq üçün şəhəri gəzirdilər. Nənələri onları çoxdan itirmişdi və uzun müddət tapa bilməmişdi. Nənənin ölümündən sonra vəkillər itmiş iki qardaşı tapmaq üçün sosial xidmətlərlə əlaqə saxladılar və onların indi altı milyon yarım dollarla zəngin olduqlarını bildirdilər. Vəkillərin onları tapa bilməsi isə bir möcüzə idi, çünki anaları onları hələ bir yaşları olanda tərk etmişdi.

Sergey Sudev Almaniyadan olan əmisini çox pis tanıyırdı. Onu cəmi bir dəfə görmüşdü. Onun az qala bir milyard avronun varisi olması xəbərindən sonra heç kim Sergeyin bu cür reaksiya verəcəyini gözləmirdi. Sergey bu pulda heç bir məna görmür. Özünün dediyi kimi, “daha bir baş ağrısı”. Milyarder olmaq istəməyən Sergey ayda cəmi 150 avro qazanırdı, o, jurnalistika fakültəsində qiyabi təhsil alır və yerli radioda DJ işləyirdi.

Nyu-Yorklu bir mühasib uşaqlığını əmiləri Henri və Coya məxsus çörək sexində valideynlərinin həftədə 100 saat işlədiyini seyr edərək keçirmişdi. Onun bütün həyatı 36 yaşına qədər mübarizə ilə keçdi.

Məhz bu yaşda öyrəndi ki, əmiləri onun təsəvvür etdiyindən qat-qat uğurludur, çünki onlardan ona düz 6 milyon dollar miras qalmışdı.

67 yaşlı Tomas Martinez Boliviyanın Santa Kruz de la Sierra şəhərində küçədə yaşayırdı. Bir gün skamyada yatarkən polislər ona yaxınlaşaraq bir neçə il əvvəl boşandığı mərhum həyat yoldaşının ona 6 milyon dollar qoyub getdiyini bildiriblər.

Martinez onu narkotik, avaralıq və ya alkoqolizmə görə həbs etmək istədiklərini düşünərək qaçmışdı. Yerli qəzetlər onu axtarıb tapmağa çalışdı və təzə milyonçu haqqında bir az zarafat etdi: “Yerli milyonçu mirasdan qaçdı …” Təəccüblüdür ki, milyonçunun harada olduğu hələ də məlum deyil.
Çarlz Vins Millar müvəffəqiyyətli kanadalı hüquqşünas və iş adamı idi, acgöz insanların başına oyun açmağı xoşlayırdı. Ölümü zamanı onun nə qohumları, nə də övladları var idi, ona görə də vəsiyyətnamənin mətni qeyri-adi xahişlərlə dolu idi.

Ən qəribəsi və qeyri-adisi isə o idi ki, vəkil ölümündən 10 il sonra kapitalın bir hissəsini pula çevirməyi və bütün pulu ən çox

uşaqlı anaya verməyi əmr etmişdi. Bu dövr “leylək yarışı” adlandırıldı və sonda məhkəmə çəkişmələri alovlandı. Hərtərəfli yoxlamadan sonra 4 qadın bu pulu öz aralarında bölüb və hər biri 750 min dollar aldı. Onların hərəsinin 9 övladı var idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir