geyim

Payızda cinsləri əvəz edəcək 4 şalvar trendi

Baxış sayı: 441

Hər birimizin qarderobumuzda birdən çox cins şalvar var. Məhz cinslərlə birlikdə gündəlik obrazların əksəriyyətini təşkil edirik. Onları həm sadə köynəklər, həm romantik koftalar, həm toplar, həm sviterlər, həm də kapüşonlarla asanlıqla birləşdirə bilirik. Buna baxmayaraq, bəzən cins şalvarları başqa variantlarla əvəz etmək istəyirik…

Bu yazıda oxucuları payız-qış mövsümündə bu işin öhdəsindən mükəmməl şəkildə gələcək 4 dəbli şalvarla tanış edirik.

 

Siqaret şalvarlar

Son mövsümlərdə geniş şalvarlardan bezənlər üçün siqaret şalvar modeli əsl hədiyyə olacaq. Yüksək bel, bədənə yapışan kəsim və ayaq biləyi uzunluğu – 2010-cu illərin sonlarında bəlkə də hər qızın qarderobunda yer alan bu model yenidən moda arenasına dönüb. Bu şalvarların əsas üstünlüyü demək olar ki, istənilən bədən quruluşuna uyğun olmasıdır. Yüksək bel beli vurğulayaraq qarnı gizlədir, dar ayaqları isə vizual olaraq uzadır. Xüsusən də şalvarı dabanlı ayaqqabılarla tamamladıqda çox gözəl obraz alınır.

 

Lasinlər

Lasinlər artıq bir neçə mövsümdür ki, idman zallarından kənarda mövcud olmaq hüquqlarını sübut etməyə davam edirlər. Bu mövsüm onları bir çox dizaynerlərin kolleksiyalarında yenidən görəcəksiniz. Üstəlik, klassik versiyalarını ziyafət axşamlarında da istifadə edə bilərsiniz. Lakin burada balansı gözləmək vacibdir, dar lasini mümkün qədər boş və bol kəsimli üstlərlə birləşdirmək tövsiyə olunur.

 

Enli şalvarlar

Chloé осень-зима 2023/24

Enli şalvarlar bir neçə mövsüm əvvəl moda arenasında yerləşdi. Onlar özlərini böyük bir trend elan etməsələr də, hər kolleksiyada görünməyə davam edirlər. Beləliklə, enli şalvara son bir neçə il ərzində qarderobunuzda yer verməmisinizsə, bunu düzəltməyin vaxtıdır. Onları gödəkçələr və bluzlar, şifon üstlər və böyük ölçülü sviterlər, hündürdaban ayaqqabılar və ya “kişi” çəkmələri ilə geyinmək olar. Yadda saxlayın ki, bu model tamamilə universaldır.

 

Boş şalvarlar

Lasin və siqaret şalvarlar hər kəsin zövqünə uyğun deyil. Odur ki, əksər dizaynerlər geniş şalvarlarla vidalaşmağa hələ hazır deyillər. Onlar gizlətmək istədiyiniz hər şeyi gizlədərək, istənilən bədən quruluşunda mükəmməl otururlar, həmişə gözəl görünürlər, həm də son dərəcə rahatdırlar, çünki sıxmır və hərəkəti məhdudlaşdırmırlar. Bu mövsüm sizə yun kostyum materialından tikilmiş geniş şalvarlara diqqət yetirməyi məsləhət görürük – bu, bütün dövrlər üçün klassikadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir