Aysu Eliyeva 1

Övladımızın gizli kabusu – Bullinq

Baxış sayı: 592

Bullinq – uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bütün uşaqlar tez və ya gec bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs ya şahid kimi. Bütün bu rollar uşağın inkişafına dağıdıcı təsir edir.

Bullinqin bir neçə növü fərqləndirilmişdir:

  • Fiziki
  • Kiber
  • Şifahi
  • Sosial
  • Psixoloji

 

1) Fiziki bullinqə aiddir: vurmaq,itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s.

2) Şifahi bullinqə qorxutmaq, sözlərlə alçatmaq,adına ləkə yaxmaq, ləqəb qoymaq və s. Daxildir.

3) Sosial bullinqə şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq və s. daxildir

4) Psixoloji bullinqə təqib etmək, qərəzli baxışlar və digər psixoloji zorakılıqlar daxildir.

5) Kiber bullinq – şəbəkələr və mesajlar vasitəsi ilə insanları alçatmaq, qorxutmaq, hesablarının sındırılması, şəxsi-intim video və şəkillərinin yayılması və s. daxildir.

 

Uşaqların bullinqə məruz qalmasını necə bilmək olar?

  • Psixoloji və emosional dəyişikliklər
  • Bədəndə əmələ gələn yaralar, əziklər, zədələr
  • Paltarının cırılması, əşyalarının sıradan çıxması
  • Baş ağrıları, mədə ağrıları
  • Özünü xəstə kimi göstərib məktəbə getməmək istəyi
  • İştahsızlıq
  • Yuxuya getməyində problem, gecələri kabus görməsi
  • Qiymətlərinin zəifləməsi
  • Dostlarının olmaması, uşaqlardan uzaqlaşma
  • Özünü köməksiz, tənha hiss etməsi, özünə qapanma
  • Evdən qaçma, intihar haqqında danışması

Mobbinq

“Mobbing” – latınca “mobile vulgus”dan gəlir. İngiliscə “mob” hücum etmək, narahat etmək mənasınadadır. “Mobbing” termin olaraq dilimizə psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir. Bu yazıda psixoloji şiddət “mobbing” sözünün dilimizdəki qarşılığı olaraq qəbul edilmişdir.

Yaranma tarixi

Mobbing” sözü ilk dəfə uşaqların bir-birləri ilə kobud münasibətlərini təsvir etmək üçün istifadə edilmişdir. 1950-1960-cı illərdə iş yerlərində aparılan araşdırmalar, mobbingin təkcə uşaqlar arasında yaşanmadığını ortaya qoydu. Mobbing emosional bir hücumdur. Yaşından, irqindən, cinsindən asılı olmayaraq pis davranış yolu ilə istənilən şəxsə yönəlmiş təcavüzdür. Zorbalıq (Bullinq) zamanı hədəf şəxsə fiziki ziyan, sözlü ziyan, mənəvi ziyan verilə bilər. Bu cür davranışların rasionallaşdırılması bəzən sosial sinif, irq, din, cinsiyyət, cinsəl yönəlim, görünüş, davranış, bədən dili, şəxsiyyət, etibar, soy, güc və ya bacarıq fərqliliklərini əhatə edir. Zorbalıq bir qrup tərəfindən edilirsə ona mobbinq deyilir.

Azərbaycanda və digər xarici ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda BULLİNQ və İNTİHAR arasında birbaşa əlaqə olduğu ortaya çıxır.

 

Psixoloji zorakılıq nələrə səbəb ola bilər?

1) Erkən nikah

2) İntihar və suisidal özünəqəsd halları

3) Boşanma

4) Pedofillik

5) Əsəb tənzimləmə problemləri

6) Maddə,qumar və internet asılılığı

 

Psixoloq Aysu Əliyeva




3 şərh “Övladımızın gizli kabusu – Bullinq

  1. Yeganə

    Qələminiz iti olsun. Övladı olan hər bir valideynin mütləq oxuması gərəkən yazılardandır.

    Cavabla
  2. Gunel Orucova

    Aysu xanımın yazıları ay kimi yolumuza işıq salır, oxuduqca su kimi axıcı gedir. Çox yaxşıdır, afərin. Bir ay olar təqib edirəm yazılarını

    Cavabla
    1. Aysu Əliyeva

      Minnətdarlığımı bildirirəm dəyərli oxucu🥰faydam dəydiysə, nə xoş mənə❤️

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir