Sandra Bullok

“People” ən gözəl qadının adını açıqladı

Baxış sayı: 1. 633

Bu barədə nəşrin onlayn-versiyasının saytında bildirilir. Redaksiya hər hansı bir sorğu keçirməyib və bu, “People”nin şəxsi seçimidir. Jurnalistlər qeyd ediblər ki, Bullok gözəllik üçün hamı tərəfindən qəbul edilmiş ümumi meyarlara cavab verməsə də, aktrisa 30 illik kinokaryerası boyunca dəyişməz qalıb.

Aktrisa “People”yə müsahibəsində redaksiyaya təşəkkür edib və bildirib ki, əsl gözəllik ana olmaqdır.

Sandra Bullok “Oskar” mükafatı və 2010-cu ildə nümayiş olunan “Görünməyən tərəf” filmində oynadığı rola görə “Ən yaxşı aktrisa” nominasiyasında “Qızıl qlobus” mükafatına layiq görülüb.

“People” hər il ən gözəl qadının adını açıqlayır. Nəşr 2014-cü ildə aktrisa Lyupita Nionqonu bu ada layiq görüb.

sandra-bullock




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir