PlayStation

“PlayStation 4” gəlir

Baxış sayı: 1. 438

“Sony” korporasiyası “Play Station 4” oyun qurğusunun yeni modeli olan “PS4 – Ultimate Player Edition”u buraxmaq niyyətindədir. Korporasiya nümayəndələrinin sözlərinə görə, yeni modelin daha əvvəlkilərindən əsas fərqi onun sərt disk həcminin 1 Terabayt olmasındadır.

Avropalı istifadəçilər artıq iyul ayının ortalarında “PS4 – Ultimate Player Edition”u əldə edə biləcəklər. Qurğunun qiyməti, hələ ki, rəsmən açıqlanmır.

Əldə olunan məlumata görə, yeni “Sony” 8 faiz daha az enerji sərf edəcək. Yəni, qurğu 250 Vatt əvəzinə 230 Vattla çalışacaq. Həmçinin, yeni model əvvəlki modeldən 10 faiz yüngül olacaq.

Xatırladaq ki, bu günlərdə “Sony” iki yeni “RX-100 İV” və “RX-10 II” modelli fotokameralarının təqdimatını keçirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir