pul

Qəfil pullanmaq insanı necə dəyişir?

Baxış sayı: 431

Dost və yaxınlarımızla zaman-zaman vaxt keçirmək üçün restorana üz tuturuq. Hər şey qaydasında keçdikdən sonra sıra hesab ödəməyə gəlir. Maraqlısı isə qrupda maddi vəziyyəti ən yaxşı olan insan əlini pulqabına hamıdan sonda uzadır.

Hər zaman belə xəsis olduqları üçünmü belə zəngin olublar, yoxsa zəngin olmaq onları belə xəsis edib deyə çoxlarınız düşünürsünüz.

Varlı insanların daha xəsis və daha az güvəniləcək şəxs olduğunu göstərən araşdırmalar həqiqətə nə qədər uyğundur?

 

Bu suala cavab tapmaq üçün avropa alimləri araşdırma aparıblar.

Bu, qarışıq bir məsələdir. 1993-cü ildə aparılan bir araşdırmada iqtisadiyyat fakültəsində oxuyan tələbələrin digər tələbələrlə müqayisədə xeyriyyə təşkilatlarına daha az kömək etdikləri, həmrəylik tələb edən oyunlarda çox da həmrəylik göstərmədikləri müşahidə edilib.

Tələbələr tədrisin əvvəlində və sonunda qiymətləndirildiyində digər fakültələrdəki tələbələrin məzuniyyətə doğru daha səxavətli olduqları, iqtisadi fakültədə oxuyanların isə tədrisin əvvəlində və sonunda da eyni, əldən bərk hallarını qoruyub saxladıqları öyrənilib. Əlbəttə ki, bunu hər kəsə şamil etmək olmaz. Çünki ümumi müqayisədir. Araşdırmalarda maddi kömək etməyi xoşlayan iqtisadçı tələbələr də var idi.

Gəlir mənbəyi yüksək olanların həddən artıq fədakar davranışlar edə biləcəyini göstərən araşdırmalardan biri də ABŞ-da həyata keçirilib.

pul

Səhvi qəbul etməmək

California Universitetində aparılan başqa bir araşdırmada isə “Titanik-də olsaydım, xilasetmə gəmilərinə minmək haqqı olan ilk insanlardan biri mən olmalıydım” ifadəsinə zənginlərin daha çox səs verdikləri məlum olub. Bundan başqa, varlı şəxslərdə səhvini qəbul etməmək və hər işdə yaxşı olduqlarını düşünmək meylinin daha güclü olduğu müəyyən edilib.

Başqa bir araşdırmada isə fərqli gəlir səviyyəsi olanlardan ibarət qrup üzvlərinə 10 dollar verilib və bunun nə qədərinin xeyriyyə təşkilatlarına bağışlanacağı nəzərdən keçirilib.

Gəlir səviyyəsi daha az olanların daha çox yardım etdikləri müşahidə edilib. Lakin bu insanlar sınağa qatılmadan əvvəl zəngin olublar. Bəlkə də onları belə davranmağa vadar edən zəngin olmaqları deyil, bəlkə də bu davranışları sayəsində zəngin olublar.

Dünya mənim ətrafımda fırlanır düşüncəsi

San-Franciskoda aparılan başqa bir sınaqda isə zebra keçidində piyadaların keçməsi üçün bahalı avtomobil sahiblərinin, yoxsa kasıb avtomobillərin daha çox dayandığı müşahidə edilib. Daha ucuz avtomobillərin hamısının dayandığı, bahalı avtomobillərin isə sadəcə yarısının dayandığı məlum olub.

Niderlandda 9 min nəfərin iştirak etdiyi və ildə 4 dəfə aparılan başqa bir araşdırmada isə sosial iqtisadi vəziyyəti yüksək olan insanların daha müstəqil davrandığı və digərləri ilə daha az ünsiyyət qurduqları müəyyən edilib. Maliyyə etibarına əsaslanan oyunlarda isə zəngin oyunçuların rəqiblərinə xəyanəti kasıblardan daha çox deyildir.

Xeyriyyə təşkilatlarına ianə

Bəs xeyriyyə təşkilatlarına edilən ianələr mövzusunda vəziyyət necə idi? Klassik araşdırma onu göstərir ki, ən kasıblar və ən varlılar orta təbəqəyə nisbətən daha çox ianə verirlər.

ABŞ-da xeyriyyə təşkilatlarına edilən orta ianə nisbəti gəlirin 2,3 faizi səviyyəsində müşahidə edilir. Gəliri 300 min ABŞ dollarını ötən 2 faizlik kəsimdə isə bu nisbət 4,4 faiz təşkil edir.

Boston-da aparılan bu araşdırma zənginlərin orta təbəqənin inasanlarından nə daha çox, nə də daha az səxavətli və xeyriyyəçı olduğunu göstərir. Sadəcə yuxarıdakı zənginlər çox güman ki imkanları çatdığı üçün daha çox ianə verə bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir