qenaet

Qənaət etmək üçün nə etməli?

Baxış sayı: 355

Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Bəs qənaət etmək üçün biz nə etməliyik?

 

Hər ay üzrə xərclərin planını tərtib edin

Bu planda mütləq şəkildə bütün xərclərin məbləğləri olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin.

 

Sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin

Bu çox  çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz.Bu qayda xüsusilə müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir.

 

Ac olduğunuz vaxtda ərzaq almayın

Mağaza və ya supermarketdə olduğunuz zaman aclıq hissi sizi bürüyürsə, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Rusiyalı psixoloqlarının verdiyi məsləhətə  görə,mağazaya getmədən öncə  qidalanın. Beləliklə siz lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız.

qenaet

Alacağınız  ərzaqların siyahısını yazın

Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir