deri

Dərimizdəki kollagenin miqdarını necə artıra bilərik?

Baxış sayı: 403

Sağlam dəri quruluşunun ən vacib komponentlərindən biri olan kollagen yaşla birlikdə azalmağa başlayır.Günəş şüaları, havanın çirklənməsi və siqaret çəkmə kimi səbəblər dəridə kollagen itkisini sürətləndirir.

Dartılmış və hamar bir dəri görünüşündə məqsədimiz həm mövcud kollageni qorumaq, həm də istehsalını artırmaq olmalıdır.

 

Bunu etmək üçün hansı metodlardan istifadə edilməlidir?

Bəzi dəriyə qulluq məhsulları kollageni artıran təsir göstərir

Retinol ehtiva edən dəriyə qulluq məhsulları hüceyrələrin yenilənməsini sürətləndirir və kollagen istehsalını artırır.

Tərkibində C vitamini olan məhsullar antioksidant təsirləri ilə mövcud kollageni qoruyur və yeni kollagen istehsalını artırır.

Peptidlər, kollagen və elastin istehsalını artıraraq dərini dartır. Xətləri və qırışları azaldır.

Aloe vera dərini sakitləşdirir və kollagen istehsalını artırır.

 

Papaq, gün eynəyi və günəşdən qoruyucu krem istifadə edin

Günəş şüaları kollagenə zərər verir, incə cizgilərin və qırışların əmələ gəlməsini sürətləndirir. Müntəzəm günəşdən qorunma vərdişlərinə çox erkən yaşlarda başlanmalı və mütəmadi olaraq davam etdirilməlidir.

 

Şəkərli qidaları azaldın

Şəkər kollagenə zərər verir və dəridəki aşınmanı artırır. Bu tip qidalardan çəkinin.

 

Zülal miqdarı yüksək olan qidalar

Bu növ qidalar kollagen istehsalını artıran amin turşularının mənbəyidir. Balıq, yumurta, qırmızı ət və toyuqdakı zülal tərkibinə görə dəriyə kollagen dəstəyi verir.

 

Yuxu rejiminizə diqqət yetirin

Mütəmadi və kifayət qədər yuxu vaxtının dərinin kollagenini qoruduğu və dərinin yaşlanmasını gecikdirdiyi müşahidə edilmişdir.

 

Siqaret çəkməyin

Siqaret çəkmək dərinizi bir neçə yolla qocaldır. Dəridə oksigeni azaldır. Qoruyucu antioksidant istehlakını artıraraq kollagen və elastinə zərər verir.

 

Mövsümi tərəvəz və meyvələrlə qidalanın

Bu növ qidalar antioksidant təsiri ilə kollageni qoruyur.

 

Mütəmadi olaraq idman edin

İdmanla birlikdə dəridəki oksigenin miqdarı artır və toksinlər daha yaxşı xaric olur.

Bundan əlavə, idman artıq çəkiyə nəzarəti təmin etdiyi üçün dərinin qocalmasını ləngidir.

 

Stresdən uzaq durun

Stres bədənin özünü bərpa etmə qabiliyyətini zəiflədir və dəridə qocalma prosesi sürətlənir. Bu səbəbdən stresi idarə edə biləcəyimiz üsullar inkişaf etdirməliyik.

Həddindən artıq spirtli içki istehlakı kollagen istehsalını və orqanizmin təbii müdafiə sistemlərini zəiflədir.

Kollagen əlavələri dərinin nəmliyini, elastikliyini yaxşılaşdırır və kollageni gücləndirir. Bunlara əlavə olaraq həkiminizin tətbiq edəcəyi bəzi üsullar dəridəki kollagenin keyfiyyətini və sıxlığını artırır.

Tez-tez istifadə edilən bu üsullar kimyəvi pilinq, lazerlə müalicə tətbiqləri, radiotezlik və fokus ultrasəs metodlarıdır.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir