yuxu

Qadın beyni yuxuda daha tez bərpa olunur – ARAŞDIRMA

Baxış sayı: 1. 681

Aparılan son araşdırmalara görə, beyin hüceyrələri dərin yuxuya gedən zaman ilk saatlarda daha tez bərpa olunmağa başlayır. Yuxunun ilkin mərələsində gün ərzində daha çox fəaliyyət göstərən beyin hüceyrələrinin enerjisi sürətlə bərpa olunur. Sonradan isə bu enerji bütün orqanizm tərəfindən istifadə edilir. Boston universitetinin alimləri Racik Başir və Robert Makkarli orqanizmin reabilitasiyasında əsas açar rolunu məhz beyinin fəallıq göstəricisinin olduğunu açıqlayıblar. Yuxunun funksiyaları alimlərə çoxdan məlumdur. Lakin amerikalı alimlər iddia edirlər ki, onların üzə çıxartdıqları yeniliklə bağlı daha incə və həssas metodlardan istifadə olunub. Təcrübə zamanı alimlər siçovulların bədəninə enerjinin miqdarını özündə əks etdirən ATF maddəsi yeridiblər. Məlum olub ki, yuxunun ilkin mərhələsində beyinin bir neçə hissəsində bu maddənin miqdarı artmağa başlayır. Daha sonra isə bu maddə beyinin digər istirahət edən hissələrinə yayılır. Bu, xüsusilə qadınlara daha çox şamil olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir