qrecka

Qarabaşaqlı toyuq belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 040

Bu yemyin müəllifləri iddia edirlər ki, toyuğun şirəsində dəmlənən qarabaşağın möhtəşəm dadı olur, toyuq ətinin xmeli-suneli ədviyyatı, Holland pendiri ilə tandemi həm qidalıdır, həm də dadlı. Beləliklə, “Yeməyə nə var?” rubrikasında dadı damağınızdan getməyəcək ləziz qarabaşaqlı toyuq yeməyinin reseptini təqdim edirik:

 

İnqrediyentlər:

Orta ölçülü 1 ədəd toyuq

2 stəkan qarabaşaq

Pendir 100-150 qram

Xama 2-3 xörək qaşığı

Soğan – 1 ədəd

Sarımsaq – 2-3 diş

Xmeli-suneli ədviyyatı – 1 çay qaşığı

Duz

Bitki yağı 1 xörək qaşığı

 

Hazırlanması:

İki stəkan yuyulmuş qarabaşağı yağlanmış soba tavasına tökün. Üzərinə xırda doğranmış 1 ədəd baş soğan, 2-3 diş xırdalanmış sarımsaq əlavə edin.

Toyuğu tikələrə bölün, duz, istiot, 1 çay qaşığı xmeli-suneli ədviyyatı əlavə edin.

Toyuğa xama çəkin. Üzərinə 1-1,5 stəkan su tökün.

Üzəri üçün Holland pendirini sürtgəcdən keçirin.

Xörəyi 1 saat sobada bişirin. Xörəyin üzəri qızılı rəngdə olmalıdır.

Nuş olsun!

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir