qaraciyer

Qaraciyəri hansı məhsullarla bərpa etmək olar? – EKSPERT RƏYİ

Baxış sayı: 407

Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə piyin toplanmasına və iltihaba səbəb olur.

Qaraciyərin piylənməsi çox təhlükəli haldır ki, onun fonunda müxtəlif qaraciyər xəstəlikləri və o cümlədən sirroz, qaraciyər xərçəngi inkişaf edə bilər.

Qaraciyərin sağlamlığını qorumaq üçün qidalanmaya bu orqanda detoksikasiya və bərpa proseslərini  stimullaşdıran məhsulları əlavə etmək lazımdır.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, balqabaq tumları qaraciyərin ziyanlı maddələrdən daha tez təmizlənməsinə yardım edir və həmçinin yaxşı ödqovucu təsirə malikdir. Nərminə Abbasova hər gün 1 ovuc balqabaq tumlarını yeməyi tövsiyə edir.

Nermine Abbasova
Qaraciyər üçün digər faydalı məhsul ərik qurusudur. Ərik qurusu da qaraciyərin sağlamlığına çox müsbət təsir edir, detoksikasiya proseslərini stimullaşdırır. Həkim hər gün 4-5 ərik qurusunu yeməyi tövsiyə edir.

Mütəxəssis onu da dedi ki, zeytun yağı güclü iltihabəleyhinə təsirə malik olan omeqa-3 yağlı turşularla zəngindir. Zeytun yağı əlavə olunmuş tərəvəz salatları qaraciyər üçün ən faydalı qidalardan biridir. Belə salatlar hər gün qidalanmanızda olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir