qarpiz

Qarpız tumları zərərlidirmi?

Baxış sayı: 455

İmmuniteti zəif olan və ya bağırsaq hərəkətliliyi pozulmuş insanlar qarpızı tumları ilə yeyərkən diqqətli olmalıdırlar. 

“Gencaile.az” saytı “Publika.az”-a istinadən bildirir ki, bu haqda qastroenteroloq Olqa Lukanova danışıb.

Mütəxəssis qeyd edib ki, qarpız tumları mədə və bağırsaqlar üçün o qədər də təhlükəli deyil, sərt qabığı sayəsində həzm olunmur, ona görə də onların qəbulu nəticəsində appendisit olma ehtimalı azdır.

“Bir tumun appendiksə daxil olması və bu fonda iltihablanması üçün əlavə şərtlər olmalıdır: immun müdafiənin azalması, bağırsaq hərəkətliliyinin pozulması. Valideynlər uşağı qarpız yedirərkən daha diqqətli olmalıdırlar, çünki körpə nə qədər kiçik olsa, tumdan boğulma riski bir o qədər yüksəkdir. Uşaqlara tumlarını təmizləyərək vermək daha yaxşıdır. Yaxud bunu böyüklərin nəzarəti altında özləri etsinlər. Bu proses özünə qulluq bacarığını inkişaf etdirir”, – həkim tövsiyə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir